Qəbələ beynəlxalq musiqi festivalında rəngarəng konsert proqramları

 

  İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası

  

   Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramları davam edir. İyulun 26-da festival çərçivəsində İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası kamera musiqisi konserti olub. Qafqaz Resortehotelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Qarayevin, T.Quliyevin, V.Motsartın, V.Lütoslavskinin, F.Şubertin, L.Bernstaynın, C.Qerşvinin əsərləri səsləndirilib.

   Konsertlərdə pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə rusiyalı Nina Koqan, ABŞ-da yaşayan məşhur azərbaycanlı pianoçu Validə Rəsulova çıxış ediblər.

   İsrail Balet Qrupunun “Rooster” xoreoqrafik tamaşası maraqla qarşılanıb. İsrail Operası S.Dalal adına musiqi mərkəzi tərəfindən səhnələşdirilən tamaşa İ.Perets S.Bekketin əsərləri, eləcə Aralıq dənizi məişətini əks etdirən folklor hekayələri üzərində qurulub.

  

   Növbəti kamera musiqisi konserti

  

   İyulun 27-də festival çərçivəsində növbəti kamera musiqisi konserti olub. Qafqaz Resortehotelində keçirilən konsertdə F.Şopenin, F.Listin Y.Bramsın əsərləri səsləndirilib. Konsertdə Murad Adıgözəlzadə (piano), Saymon Blendis (violin), Judis Basbrik (viola), Elnarə Kəbərlinskaya (piano), Gülnaz İsmayılova (soprano), Timoti Cill (violoncel) çıxış ediblər.

   Daha sonra otelin qarşısındakı parkda, açıq səma altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Yalçın Adıgözəlov Əyyub Quliyevin dirijorluq etdiyi konsertdə A.Qlazunovun, P.Sarasatenin, C.Gerşvini, F.Pulenkin, R.Hacıyevin, R.Əliyevin əsərləri səsləndirilib. Musiqi axşamında, həmçinin Murad Hüseynov (piano), Səidə Tağızadə (piano), Toğrul Qənioğlu (violin), Anar Seyidov (violin) çıxış ediblər.

   Tamaşaçılar konsertlərdə səslənən Azərbaycan Avropa bəstəkarlarının əsərlərini maraqla dinləyiblər.

  

   Murad Adıgözəlzadə: “Festivalın proqramı çox zəngindir

  

   Builki festivalın proqramı çox zəngindir, gündə iki konsert olur fərqli musiqi əsərləri səsləndirilir. Ona görə Qəbələ III Beynəlxalq musiqi festivalı haqqında hələ çox danışılacaq.

   Bu sözləri festivalın iştirakçısı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Əməkdar artist Murad Adıgözəlzadə deyib.

   Festivalın proqramının əvvəlkilərlə müqayisədə çox zəngin olduğunu vurğulayan Murad Adıgözəlzadə qeyd edib ki, iştirakçılar qonaqlar arasında məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir.

   Murad Adıgözəlzadə deyir ki, ötənilki festivaldan fərqli olaraq indi bu gözəl məkanda hər gün 2 konsert verilir. Konsertlərdən biriQafqaz Resortehotelinin kamera musiqisi zalında, digəri isə açıq səma altında keçirilir.

   İndiyədək keçirilmiş musiqi axşamlarında V.Motsart, M.Ravel, C.Puççini, F.Şopen, E.Qriq, Y.Brams, C.Verdi, J.Bize, V.Bellini, L.Delib, N.Rimski-Korsakov, Q.Qarayev, F.Əmirov, A.Məlikov digər bəstəkarların ölməz əsərləri maraqlı musiqi formatında - fortepiano duetində səsləndirilib: “Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi var. Bir konsert digərlərindən fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən ətraf rayonlardan 600-dən çox tamaşaçının, o cümlədən xarici vətəndaşların gəlməsi insanların bu festivala olan böyük marağından xəbər verir”.

   Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu bildirən M.Adıgözəlzadə avqustun 5-dək davam edəcək musiqi bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş edəcəyini bildirib.

  

   Qəbələyə gələn qonaqlar ölkəmizin inkişafı ilə yaxından tanış olurlar

  

   Qəbələ rayonundan Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, beynəlxalq musiqi festivalı ənənəvi keçirilən gözəl bir bayrama çevrilib: “Festival günlərində Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri mədəniyyəti ilə, milli musiqimizlə, muğam bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqisi incilərini dinləyirlər. Buranın havası, təbiəti, yüksək səviyyəli xidmətləri turistləri valeh edib. Sevindirici haldır ki, festivala təkcə klassik musiqi biliciləri deyil, görkəmli bəstəkarların musiqisini simfonik orkestrin ifasında ilk dəfə canlı dinləyən Qəbələ sakinləri həvəslə gəlirlər”.

   Festivalda musiqiçilərin gözəl yaddaqalan çıxışlarını xüsusi vurğulayan Fəttah Heydərov festivalın gözlənildiyi kimi yüksək səviyyədə keçdiyini böyük marağa səbəb olduğunu bildirib.

 

 

  Mədəniyyət.- 2011.- 29 iyul.- S. 5.