Gənclər “Turizm ili”nə töhfə vermək istəyirlər

 

  Gənc turistklublarının maraqlı layihələri var

  

   2011-ci ilin AzərbaycandaTurizm ilielan olunması ilə bağlı ölkə prezidenti tərəfindən təsdiq edilən Tədbirlər Planında turizm nümayişi obyektlərinə tələbələrin şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənib hazırlanması, aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili ilə bağlı bəndlər yer alıb.

     

   Turizm iliilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrindəGənc turistklubları yaradılıb. Bəs onların fəaliyyəti necə qurulub? Bu sualla Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinə müraciət etdik.

  

   Bakının mədəniyyət müəssisələrində 76 “Gənc turistklubu var

  

   İdarənin mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar muzey işi sektorunun məsləhətçisi Tomris Hacıyeva bildirdi ki, bu gün şəbəkəyə daxil olan mədəniyyət müəssisələrində 76 “Gənc turistklubu fəaliyyət göstərir. Onların üzvlərinin sayı 918 nəfərdir. Üzvlərdən 538 nəfəri 12-17 yaş qrupuna, 380 nəfəri isə 18-25 yaş qrupuna aiddir.

   T.Hacıyevanın sözlərinə görə, klubların yaradılmasında məqsəd turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraqlarını təmin etməkdir: “Düşünürük ki, yeniyetmələr gənclər Turizm ili”nə öz töhfələrini verməlidirlər. İnanırıq ki, “Gənc turistklublarının fəaliyyəti həm turizm sahəsinə meylli gənclərin savadlı kadr kimi yetişməsinə əməli köməklik göstərəcək”.

   Həmsöhbətim onu da vurğuladı ki, indiyədək ayrı-ayrı mədəniyyət müəssisələrində çalışan klub üzvləri müxtəlif tarixi abidələrə ekskursiyalar təşkil ediblər. Həmin tədbirlərdə klubların fəal üzvləri tərəfindən turistlərə konsert proqramı da təqdim olunub. Mədəni turizm tədbirləri isə ardıcıl olaraq ilboyu davam etdiriləcək.

  

   Layihələr rəngarəngliyi ilə seçilir

  

   Gənc turistklublarının müxtəlif layihələri var. Onların arasında oxşar layihələr olsa da, rəngarəngliyi ilə seçilənlər az deyil. Bu ilGənc turistklubları tərəfindən Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinə 53 layihə təklif təqdim edilib. Məsələn, M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbininGənc turistklubunun həyata keçirdiyi layihənin məqsədi gəncləri ölkəmizin turizm potensialı, bölgələrimizin mədəni tarixi abidələri ilə yaxından tanış etmək, konsertlər təqdim etməklə bölgələrdə milli musiqimizi təbliğ etməkdir.

   M.A.Əliyev adına Mədəniyyət evininGənc turist" klubunun təqdim etdiyi layihənin məqsədi isə Hövsan qəsəbəsində seçilmiş bir qrup insan vasitəsilə turizm turizm növləri, xüsusiyyətləri barədə ictimai fikrin yaradılması mədəni abidələrə, turizmə marağın artırılmasıdır. Layihə çərçivəsində ekskursiyalar nəzərdə tutulub.

  

   İpək yolulayihəsi Şəkinin tanıdılmasına xidmət edəcək

  

   Layihələr arasında Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəkiFirelandgənc turist klubununİpək yoluturizm layihəsi maraq doğurur. Layihənin koordinatoru Fidan Rəhimovanın sözlərinə görə, məqsəd Azərbaycanın qədim Şəki şəhərinin tarixi abidələrini daha da tanıtmaqdır. Layihə çərçivəsində biz Şəki Xan sarayında olacaq, Kiş çayının sahilində Qaratəpə dağının zirvəsindəGələrsən-görərsənqalası digər tarixi abidələrlə tanış olacağıq. Klubun ən balaca üzvünün 12 yaşında olduğunu deyən F. Rəhimova layihə çərçivəsində Şəki mətbəxinin təbliğ olunacağını bildirdi. Turizm iliilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil etdik. Çox maraqla qarşılandı. İnanırıq ki, “İpək yoluturizm layihəmiz maraqlı alınacaq”.

   Xəzər rayon Şüvəlan qəsəbə mədəniyyət evinin direktoru Flora Hüseynova da təqdim etdikləri layihənin maraqlı olduğu qənaətindədir.Gənc turistklubunun layihəsinin məqsədi isə il ərzində respublikamızın tarixi abidələrinə səyahət təşkil etmək, həmin səyahətə foto sənəti ilə məşğul olan gəncləri cəlb etməkdir: “Artıq layihəmizə başlamışıq. Layihədə Şəki, Qax, Qəbələ, Lahıc, İsmayıllı digər rayonlara üçgünlük səfər turu nəzərdə tutulub. Klubun üzvləri tarixi abidələrin son illərdə istifadəyə verilmiş istirahət mərkəzlərindən maraqlı fotolar çəkəcək. İlin sonunda həmin fotolardan ibarət şəhərimizin hər hansı bir qalereyasında sərgi təşkil etməyi, habelə Azərbaycan, rus ingilis dillərində jurnalın nəşrini planlaşdırmışıq”.

  

   Gənclər yeni turizm ideyaları ilə çıxış etməlidirlər

  

   Gənc turistklublarının başlıca məqsədlərindən biri turizm sahəsinə marağı olan, karyerasını bu sahədə qurmağı düşünən gənclərə əsas bilgiləri aşılamaq, onların ixtisaslı kadr kimi yetişmələrinə kömək etməkdir. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov Bakı şəhərinin mədəniyyət müəssisələrinin tərkibində gənc turist klublarının yaradılmasını yüksək qiymətləndirir: “Bizim institutun tələbələrinin turist klubu var. Onların əsas fəaliyyəti bizim institutun tələbələrinin digər ali məktəb tələbələrinin daha ucuz qiymətə ölkəmizin tarixi mədəni yerlərinə səfərlərini təşkil etməkdir. “Gənc turistklublarının yaradılması müsbət haldır. Fikrimcə, bu klublar sosial şəbəkələrdə müəyyən təbliğat apara, orta ali məktəblərin şagird tələbələrini öz ətrafına toplayaraq müxtəlif təbiət abidələrinə, muzeylərə, tanınmış ədiblərin ev muzeylərinə turlarını təşkil edə bilərlər. Bununla da onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli dəyərlərə bağlılıq ruhunda yetişməsinə köməklik göstərmiş olarlar”.

   Eldar AslanovGənc turistklublarının üzvləri tərəfindən turizm şirkətlərinə maraqlı gələ biləcək layihələrin ola biləcəyi istisna etmir: “Məsələn, hansısa tarixi əhəmiyyəti olan sənaye obyektlərinə səfərlər, bu gün haqqında az danışılan neft turları təşkil oluna bilər. Bu baxımdan Nobellərin ev-muzeyinə ekskursiyalar maraqla qarşılanar. Gənclik çalışmalıdır ki, bu gün turizm şirkətlərinin təklif etmədiyi, onların diqqətindən yayınan turizm ideyalarını, məhsullarını ortaya çıxara bilsinlər. Gənclər Azərbaycan turizminə yeni məhsullar, yeni ideyalar verməlidirlər. Mən arzu edərdim ki, onlar gələcək fəaliyyətlərində bizim institutun müəllimləri ilə əlaqə qursunlar. Bizim müəllimlərdən biri o qruplara məsləhətçi kimi cəlb oluna, ideyalarının formalaşmasına köməklik göstərə bilərlər”.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 7.