Qoca Xəzərin nağılı

 

  Yayın bu qızmarında minlərlə insanın qoynuna üz tutduğu, sahilində dincəlib, qumluğunda rahatlıq tapdığı mavi gözlü Xəzərin sirlərlə dolu keçmişi barədə nələri bilirik? Xəzərin dünyasına qısa səyahət edək.

  

   Mənşəyi tarixi

  

   Xəzərin mənşəyi qədim Tetis dənizinin geoloji taleyi ilə bağlıdır. 50-60 milyon il əvvəl bu dəniz Atlantik Sakit okeanı birləşdirir indiki Aralıq, Qara, Azov Xəzər dənizinin ərazisini tuturdu. Mürəkkəb tektonik cərəyanlar nəticəsində Tetis dənizi əvvəlcə Sakit, sonra isə Atlantik okeanından uzaqlaşdı. 5-7 milyon il əvvəl o, Qara dəniz Xəzər dənizi daxil olmaqla bir neçə dəfə birləşib-ayrılan kiçik su hövzələrinə parçalandı. Nəhayət 1,8 milyon il əvvəl Xəzər dünya okeanından həmişəlik ayrı düşdü...

   Xəzər dənizi ilə bağlı ilk qeydlərə bizim eradan əvvəl IX əsrdə Assuriyanın paytaxtı Nineviya şəhəri yaxınlığındakı qazıntılar zamanı tapılan gil lövhələrdə rast gəlinir. Burada onunəhəng Şərq dəniziadlandırırlar. Bir neçə əsr sonra Xəzər dənizi barədə məlumatlara antik dövrün coğrafiyaçıları yazıçılarının əsərlərində təsadüf olunur. “Coğrafiyanın atası” Miletli Hekatey onu Hirkan dənizi adlandırırdı.

   Bizim eradan əvvəl V əsrdə Herodot ilk dəfə belə bir ehtimal irəli sürdü ki, Xəzər heç bir dənizlə bağlı deyil. Halbuki həmin dövrün bir çox alimləri Xəzəri dünya okeanının şimal körfəzi adlandırırdılar. Aristotel (e.ə IV əsr) əmin idi ki, Hirkan dənizi yeraltı cərəyanlarla Evksin Pontu (Qara dəniz) ilə birləşir. Makedoniyalı İsgəndər də Xəzərin digər dənizlərlə əlaqəsi ilə maraqlanırdı. Eramızdan əvvəl 323-cü ildə o, dəniz səyyahı Partoklu Xəzəri öyrənməyə göndərmişdi. Qədim dövrün məşhur coğrafiyaçısı StrabonCoğrafiya” kitabında Xəzəri qərb-şərq paralellərində uzanan dəniz kimi təsvir edirdi. Çoxcildli “Təbii tarix” əsərinin müəllifi Böyük Pliniy dənizin çoxlu adlarına diqqət çəkmişdi, onlardan ən məşhuru Kaspi və Hirkandır.

  

   Xəzərin adları

  

   Minillik tarixi ərzində müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzər dənizinə 70-ə yaxın ad vermişlər. Antik müəlliflər onu sahilyanı ölkə olan Hirkaniyyənin adı ilə - Qurdlar ölkəsi, ərəblər dənizin şimal-qərb sahillərində yaşayan türk tayfalarının adı ilə Xəzər, ruslar Xvalın, tatarlar dəniz, türklər Kiçik dəniz, çinlilər Si Hay - yəni qərb dənizi, İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspi dənizi adlandırmışlar.

   Bir çox dünya ölkələrində Xəzər Kaspi adlanır. Kaspilər b.e.ə. II minillikdə Kür çayının sağ sahilində, Xəzər dənizinin yaxınlığında yaşayan qədim tayfanın adı ilə bağlıdır.

  

   Dünyanın ən böyük gölü

  

   Dəniz meridian boyunca “S” hərfi şəklindədir. Uzunluğu 1200 km, ən enli yeri 466 (310), ən ensiz yeri 204 km-dir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən 26,7 m aşağıdır. Maksimal dərinliyi 1025 metrdir bu baxımdan Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər.

   Xəzərin suları Azərbaycanı, Qazaxıstanı, Türkmənistanı, Rusiyanı İranı əhatə edir. Dənizdə çoxlu adalar var: Pirallahı, Nargin, Çilov, Kürdaşı, Qarasu s. Xəzərin iqlimi kəskin kontinentaldır. Dəniz ilin 250 günü fırtınalı olur. Xəzərin ən ləpəli sahilləri Azərbaycanın payına düşür.

   Xəzərə əsasən şimaldan qərbdən 130 iri xırda çay tökülür. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Xəzərdə daha çoxdur.

   Xəzərin mənşəyi, tarixi, təbii sərvətləri barədə səyahətimiz burada başa çatır. Doğma Xəzərimiz barədə isə deyiləsi sözlərimiz hələ çoxdur.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 29 iyul.- S. 15.