Tariximizi yaşadan muzeylər
Tarix və mədəniyyətin
yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək
nəsillərə çatdırmaq muzey işçilərinin
qarşısında duran başlıca vəzifələrdən
biridir. Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyində
bölgənin zəngin keçmişini əks etdirən
eksponatlar nümayiş olunur. Muzeydəki əşyalar
müxtəlif tarixi dövrləri əhatə edir. Burada
dulusçuluq, misgərlik, xarratlıq nümunələri, sənətkarlıq
və toxuculuqla bağlı və s. əşyalar da
nümayiş olunur. Bu əşyalar keçmişimizdən,
ulu babalarımızdan bizə miras qalmış mədəni-mənəvi
sərvətimizdir. Bu gün muzeylərimizin hər biri ziyarətçi
ilə danışan, onu düşünməyə vadar edən
mədəniyyət ocağıdır, mənəvi tərbiyə
məkanı, elmi araşdırma mərkəzidir.
Bu günlərdə “Beynəlxalq
muzeylər günü” respublikamızın bütün
bölgələrində olduğu kimi, Ağstafada da qeyd
olunub. Muzeyin həyətində sərgi təşkil olunub,
geniş konsert proqramı göstərilib.
Xalqımızın bir çox adət-ənənələrini
özündə birləşdirən xalq nəğmələri
və bayatılardan ibarət kompozisiya təqdim olunub.
Yeganə
Əhmədova,
Ağstafa rayon Tarix-Diyarşünaslıq
muzeyinin
direktoru
Mədəniyyət.- 2011.- 1 iyun.- S. 15.