Mədəniyyət
tariximizin simaları: Nəcəfqulu və Əbülfət Vəli qardaşları
XIX
əsrin sonu - XX əsrin
əvvəllərində milli teatr sənətimizin
inkişafı yolunda xidmətləri
olan bir sıra sənətkarlar
yaşayıb ki, onların
həyat və fəaliyyəti hələ
yetərincə işıqlandırılmayıb. Nəcəfqulu
və Əbülfət Vəliyev qardaşları belə sənətkarlardandır.
Nəcəfqulu bəy Vəli 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Məmmədhəsən bəy oğlu quberniya idarəsində kiçik məmur işləyib. Nəcəfqulu ibtidai təhsilini Şuşada, molla məktəbində aldıqdan sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyur. Quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyir. Balaxanı kəndində neft quyuları alır, sərvət sahibi olur. Xalqın mədəni inkişafına təmənnasız yardım göstərir.
Nəcəfqulu bəy həm də teatr həvəskarı olub, aktyor kimi bir sıra tamaşalarda çıxış edib. 1923-cü ildə Bakıda nəşr olunan "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında yazılıb: “1887-ci ildən sonra türk teatrı Bakıda getdikcə tərəqqi etdi. O vaxtın cavanlarından Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və Nəcəfqulu bəy Vəliyev başlarına teatr həvəskarlarını cəm edib tamaşa göstərməyə başladılar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab, üzləşdikləri çətinliklər heç biri vəsfə gələsi deyildir".
Nəcəfqulu bəy həm də şair olub, “Şeyda” təxəllüsü ilə şeirlər yazıb. Lakin Nəcəfqulu bəyin həyatı və yaradıcılığı barədə mənbələrdə elə də səhih məlumat yoxdur. Mir Möhsün Nəvvab özünün «Təzkireyi-Nəvvab» kitabında Qarabağ şairləri sırasında onun haqqında qısa məlumat verərək onun bir müxəmməsini də təqdim edir:
A gül şaxı, yaşıl yarpaq açmısan,
Nə xoş olur, qönçələrin olaydı.
Açılaydı qönçələrdən güllərin,
Sənə məddah bülbüllərin olaydı.
Keçər fəsli-bahar sənin də dövrün,
Yetər xəzan, solar rənginə
sorun.
Nayab olar aşiqlərdən hüzurun,
Nə sevilib bu günlərin olaydı.
Diyari-qürbətdə
gedər bülbülün,
Solar ətrafında
gülü sünbülün.
Tökülər
yarpağın, qalmaz heç gülün,
Sənə ağlar Şeydaların
olaydı.
Nəcəfqulu bəyin qardaşı
Əbülfət bəy
Vəli 1871-ci (bəzi
mənbələrdə 1867) ildə Şuşada doğulub.
XIX əsrin
sonlarından 1918-ci ilə
qədər bir çox teatr tamaşalarında çıxış
edir. Həmin illərin dövri
mətbuat səhifələrində
göstərilir ki, o,
səhnə əsərlərində
müxtəlif xarakterli
obrazlar yaradıb.
Həbib bəy Mahmudbəyovun
və Sultanməcid Qənizadənin hazırladıqları
həvəskar tamaşalarında
kiçik, epizodik, həm də əsas rollarda çıxışlar edib.
“Müsəlman Artistləri
Cəmiyyəti“, “Nicat , “Səfa”
teatr truppalarında aktyorluq və rejissorluq edir. Onun təşkilatçılığı sayəsində bir qrup aktyor İrəvan,
Tiflis, Batum, Suxumi, İstanbul,
O, Mirzə Fətəli Axundzadənin
"Hacı Qara" komediyasında Xəlil yüzbaşı, Nəcəf
bəy Vəzirovun
"Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy və Fəxrəddin, Əbdürrəhim
bəy Haqverdiyevin
"Bəxtsiz cavan"ında
həkim, "Dağılan
tifaq"da Əbdül
rollarında dəfələrlə
səhnəyə çıxıb.
O, ictimaiyyət arasında
Qafqazın ən müqtədir aktyorlarından
biri kimi qəbul olunub. Müxtəlif mətbuat səhifələrində
"bacarıqlı oyunu",
"istedadlı ifası",
"qüvvətli çıxışı"
haqqında yazılar dərc olunub.
Əbülfət bəy rejissor
kimi də fəaliyyət göstərib.
Mirzə Fətəli
Axundzadənin "Hacı
Qara", Nəriman Nərimanovun "Nadir şah",
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin",
Əbdürrəhim bəy
Haqverdiyevin "Dağılan
tifaq", Üzeyir bəy Hacıbəylinin
"Məşədi İbad"
əsərlərinə səhnə
quruluşu verib. Gənc və həvəskar aktyorların yetişməsinə
öz töhfəsini
verib. Məşhur aktyor Hüseyn
Ərəblinskinin istedadının
üzə çıxmasında
onun böyük zəhməti olub.
1911-ci ildə göstərilən
"Nadir şah" tamaşası
(Nadir şahı Hüseyn
Ərəblinski, Cavadı
isə Cahangir Zeynalov oynayıb) Əbülfət Vəlinin
ən yaxşı quruluşlarından sayılıb.
Orada onun aktyor sənətkarlığı,
bacarığı daha
qabarıq görsənib.
O, 1911-ci ildə müvəqqəti
olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılır.
"Mirat" (“Güzgü”) adlı dram dərnəyi yaradır.
Əsasən kiçik həcmli
pyeslər tamaşaya hazırlayır. Həmin
il güzəranının
çətinliyindən səhnəni
atır. Daşkəndə getmək istəsə
də, bu səfəri baş tutmur. Qafqazın müsəlmanlar yaşayan bölgələrinə
qastrola çıxır.
Həyatını
başdan-başa teatr
mədəniyyətinin inkişafına
həsr edən Əbülfət Vəli
1918-ci il dekabrın 3-də Göyçayda
vəfat edir.
Savalan Fərəcov,
Ənvər Çingizoğlu
Mədəniyyət.-
2011.-1 iyun.- S. 14.