Zaqatalada kitab bayramı
Zaqatala şəhərindəki Dədə
Qorqud meydanında Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə
“Kitab bəşəriyyətə
bir hədiyyədir” mövzusunda
kitab bayramı keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, ictimaiyyətin nümayəndələri əvvəlcə meydanda təşkil olunmuş müxtəlif kitab və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar. “Doğma Azərbaycanım”, “Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi”, “Heydər Əliyev- 88”, “Əsrin sönməz günəşi”, “Zaqatalanın sosial-iqtisadi inkişafı”, “2011-ci il Turizm ilidir”, “Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Zaqatala yazarları” və digər mövzularda kitab sərgiləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıb, mütaliənin, ədəbiyyatın insan şüuruna, insanın mənəvi aləminə müsbət təsirini xüsusi qeyd ediblər. Çıxışlarda son illər ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən yüksək qayğı göstərildiyi vurğulanıb. Bildirilib ki, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahəyə qayğının bariz nümunəsidir. Qeyd olunub ki, Zaqatala Mərkəzləşmiş Kitabxana Sisteminin nəzdində 80 kitabxana filialı fəaliyyət göstərir. Kitabxanaların fondlarında 500 minə yaxın kitab var. Təkcə son illərdə kitabxana fondlarına 89 min nüsxə latın qrafikalı ədəbiyyat daxil olub.
Kitab
bayramında, eyni zamanda,
mərkəzi kitabxananın fəal oxucularının, habelə
uşaq kitabxanasının
“Bacarıqlı əllər” dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgilər
nümayiş etdirilib,
uşaq rəqs və musiqi
kollektivləri rəngarəng
konsert proqramı ilə çıxış ediblər.
Qabaqcıl kitabxanaçılara rayon İcra Hakimiyyətinin fəxri
fərmanları təqdim olunub.
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 13.