Ceyranbatan qəsəbəsində Mədəniyyət Mərkəzi açılıb

 

   Respublika Günü münasibətilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Mədəniyyət Mərkəzinin açılışı olub. Tədbir iştirakçıları əvvəlcə bədii özfəaliyyət kollektivinin ifasında rəqslərə tamaşa ediblər.

  

   Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə rəhbərliyinin mədəniyyət müəssisələrinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, bu diqqət sayəsində son illərdə paytaxt Bakıda və bölgələrdə mədəniyyət müəssisələri yeni görkəm alıb. Ceyranbatan qəsəbəsində istifadəyə verilən Mədəniyyət Mərkəzi də buna bariz nümunədir. Qəsəbə ağsaqqalları tədbirdə çıxış edərək bu gözəl hədiyyəyə, rayon əməkçilərinə göstərilən daimi diqqət qayğıya görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

   Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar mərkəzlə tanış olublar. İkimərtəbəli müasir binada uşaq incəsənət mərkəzi, kitabxana klub fəaliyyət göstərir. Foyedə gənc rəssamların işlərindən ibarət sərgi açılıb. Mərkəzin 230 yerlik konsert zalında incəsənət mərkəzi şagirdlərinin kiçik konserti olub. Burada qəsəbənin 250-dən çox şagirdi təhsil alır. Rayon mədəniyyət turizm şöbəsinin müdiri İlham Manafov qeyd edib ki, qəsəbədəki klubun binası 1931-ci ildə tikilmişdi. Həmin bina mədəni-kütləvi tədbirlər keçirilməsi üçün yararsız vəziyyətə düşdüyündən sökülüb yerində indiki mədəniyyət mərkəzi tikilib. Mərkəzin bütün otaqları müvafiq mebel avadanlıqla təchiz olunub. Mərkəz 10 mindən çox sakinin yaşadığı qəsəbənin mədəni həyatında əsl canlanma yaradacaq. Mədəniyyət mərkəzində konsertlər, musiqili-ədəbi və poetik gecələr, fotosərgilər, mədəniyyət xadimləri ilə görüşlər, mühazirələr və digər tədbirlər keçirilməsi üçün hər cür şərait yaradılıb.

 

 

  Mədəniyyət.- 2011.- 1 iyun.- S. 10.