Əyyub Quliyev Sankt-Peterburq simfonik orkestri ilə konsert verib
Mayın 27-də Sankt-Peterburq
Dövlət Filarmoniyasının böyük zalında iki
nüfuzlu musiqi layihəsi - «Musiqi kolleksiyası» və «Musiqi
Olimpi» beynəlxalq festivalları çərçivəsində
qala-konsert keçirilib.
Azərbaycanı ilk dəfə
olaraq bu nüfuzlu musiqi tədbirində dirijor, beynəlxalq
müsabiqələr qalibi Əyyub Quliyev təmsil edib. Onun rəhbərliyi
ilə Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik
Orkestrinin ifasında dünya musiqi korifeylərindən
İ.Brams, K.Sen-Sans, J.Bize və digərlərinin əsərləri
səsləndirilib.
Festivalda dünyanın 12 ölkəsindən
- Rusiya, Azərbaycan, Almaniya, Koreya, Bolqarıstan, Moldova, Fransa,
İsveçrə, İspaniya, Avstriya, Çexiya və
Yunanıstandan 27 gənc musiqiçi təmsil olunub.
Gülər
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 10.