Üç məktəbin
birgə tədbiri
Mayın 27-də «Kapellhaus»da Georgi Şaroyev adına 35
saylı onbirillik musiqi, Xocalı şəhər 2 saylı
uşaq musiqi və Ağcabədi şəhər uşaq incəsənət
məktəbi şagirdlərinin 28 May - Respublika Günü
münasibətilə birgə konserti oldu.
G.Şaroyev adına musiqi məktəbinin
direktoru Yusif Vəliyev çıxışında rəhbərlik
etdiyi mədəniyyət müəssisəsinin bölgələrdə
fəaliyyət göstərən musiqi məktəbləri ilə
sıx əməkdaşlıq etdiyini qeyd etdi. O, belə tədbirlərin
gənc nəslin musiqiyə olan marağının daha da
artmasına səbəb olduğunu vurğuladı, bölgələrdə
təhsil alan yeniyetmə musiqiçilərin paytaxt səhnəsində
istedadlarına şərait yaradılmasını yüksək
qiymətləndirdi. Sonra konsert başlandı. İlk olaraq
Ağcabədi Şəhər Uşaq İncəsənət
Məktəbi şagirdlərinin ifasında “Məzəli rəqs”
nömrəsi nümayiş edildi. Ardınca hər
üç məktəbin şagirdlərinin
hazırladıqları 30-dan artıq ifa və rəqs nömrələri
təqdim olundu.
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 10.