«Dünyanı verək uşaqlara»

 

   Respublika Uşaq Kitabxanasının bayram tədbiri

  

   İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş uşaq kitab bayramı keçirəcək.

   R.Zorge adına parkda təşkil olunacaq «Dünyanı verək uşaqlara» adlı kitab bayramında «Heydər Əliyev və uşaqlar», «Müstəqillik yollarında», “Təbiət bizim evimizdir”, «Hüquqlarımızı öyrənək və qoruyaq» və s. mövzularda kitab sərgiləri təşkil olunacaq. İştirakçılara kitabxananın vizit kartı və bələdçi, “Göy qurşağı” jurnalı paylanacaq.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti, A.Şaiq adına Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, T.İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Filarmoniyası, Bülbül adına Musiqi Məktəbi, T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayı, İncəsənət Gimnaziyası, Bakı şəhər məktəbləri, paytaxtın uşaq kitabxanalarından qonaqlar iştirak edəcək. Kitab bayramında “Aysel”, “Canbala” musiqi qrupları, Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu çıxış edəcək. Tədbirdə balacalar arasında “Nağıllarımızı bilirsinizmi?” adlı viktorina keçiriləcək. 

 

 

  G.Abdullayeva

 

  Mədəniyyət.- 2011.- 1 iyun.- S. 7.