Kitabxanalarda informasiya texnologiyaları
Mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktor müavinləri üçün
təlimlər başa
çatıb
«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq kitabxanaların maddi-texniki təminatı yaxşılaşdırılmış, kitabxanalarda Elektron kataloq, Elektron kitabxana, habelə veb-saytların yaradılması işi həyata keçirilir. Hazırda respublikanın bir çox şəhər və rayon Mərkəzi kitabxanasında Elektron kataloq, veb-sayt yaradılıb və kitabxanaların resursları internet şəbəkəsinə çıxarılıb. Kitabxanalar müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təmin edilib.
Dövlət Proqramı kitabxana-informasiya sahəsində çalışan kitabxana mütəxəssislərinin informasiya texnologiyaları ilə işləməsini, onların kompyuter biliklərinin artırılmasını tələb edir. Bu məqsədlə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktor müavinləri üçün respublikanın 3 bölgəsi üzrə - Bakı, Gəncə, Lənkəran şəhərlərində "Kitabxanalarda tətbiq olunan kompyuter, informasiya texnologiyaları ilə iş" mövzusunda təlimlər təşkil edilib.
Təlimlər mayın 10-14-də Bakı şəhərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında başlayıb, ayın 17-21-də Gəncədə, 23-27-də isə Lənkəranda öz işini davam etdirib.
Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin mütəxəssisləri
tərəfindən aparılan təlimlərdə
yaxşı nəticə göstərən mütəxəssislərə
müvafiq sertifikatlar verilib.
Mədəniyyət.-
2011.- 1 iyun.- S. 3.