Bakı
dəbdə olan Avropa paytaxtına çevrilir
“Eurovision”da
“məxməri qələbə” Azərbaycan üçün
yeni imkanlar açır
Rusiyanın
nüfuzlu nəşri “Nezavisimaya qazeta”nın 30 may tarixli
sayında Nazim Cavadovun “Bakı dəbdə olan Avropa
paytaxtına çevrilir” sərlövhəli məqaləsi dərc
olunub. Azərbaycanın “Eurovision” beynəlxalq mahnı
müsabiqəsində qələbəsinə həsr olunan məqalədə
bu uğurun ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə
böyük töhfə olduğu vurğulanır. Məqaləni
təqdim edirik:
Azərbaycan “Eurovision” müsabiqəsində
qazandığı qələbə ilə özünü
Avropa ambisiyaları və imkanları olan ölkə kimi inamla
təqdim etmişdir. Avropa İttifaqının rəsmi
strukturları köhnə adətləri üzrə Bakıya
soyuq münasibət nümayiş etdirsə də, nüfuzlu
siyasətçilər, tanınmış biznesmenlər və
sıravi avropalılar Odlar Yurdu ilə yaxından
Bu Qafqaz dövlətinə
Avropanın münasibətində dəyişikliklər Azərbaycan
ifaçılarının 2008-ci ildə “Eurovision”da
iştirak etməyə başlaması ilə eyni vaxta
düşmüşdür. İlham Əliyevin komandası
avropalıları yeni Azərbaycanla - sürətlə
inkişaf edən və haqlı olaraq təkcə regional lider
deyil, həm də postsovet məkanında ən perspektivli
dövlətlərdən biri roluna namizədlə
Rəsmi Bakı eyni vaxtda iri
infrastruktur layihələrini reallaşdırmağa və
kiçik biznesi inkişaf etdirməyə istiqamətlənmişdir.
Bu məqsədlə ölkədə sahibkarlıq mühiti
qanunvericilik səviyyəsində
liberallaşdırılır. Hər il dünya ölkələrində
iqtisadi azadlıq indeksini tərtib edən beynəlxalq
“Heritage” (“İrs”) fondunun məlumatlarına görə, Azərbaycan
ötən il MDB-nin digər dövlətlərini xeyli geridə
qoyaraq, 92-ci yerə çıxmışdır. Odur ki,
iqtisadçılar Azərbaycanın iqtisadi inkişaf sürətinin
yaxın illərdə də artacağını bildirirlər.
Təəccüblü deyildir ki,
son vaxtlar Bakıda mütəmadi olaraq Avropa biznes-forumları
keçirilir. May ayında Çexiyanın işgüzar dairələrinin
nümayəndələri ilə görüş başa
çatandan dərhal sonra Niderland nümayəndə heyəti
ilə dialoq başlanmışdır. Polşa prezidentinin
Odlar Yurduna rəsmi səfər edəcəyi iyul ayında Azərbaycan
və Polşa iş adamlarının iştirakı ilə
forum da planlaşdırılır. İlham Əliyev
Çexiya nümayəndə heyəti qarşısında
çıxışında xüsusi
vurğulamışdır ki, 1990-cı illərin əvvəllərində
enerji resurslarına ümid bəslənilirdisə, hazırda
hakimiyyət infrastruktur və regional layihələrin, kənd
təsərrüfatının, nəqliyyatın, ən
müasir texnologiyaların və əlbəttə, turizm
sektorlarının inkişafında maraqlıdır.
İlham Əliyev demişdir: “Bu il
təkcə Bakı şəhərində dünya səviyyəli
altı yeni beşulduzlu hotel açılacaqdır. Bu da onu
göstərir ki, dünya brendləri Azərbaycana sərmayə
yatırmağın mümkün və lazım olduğu bir
ölkə kimi baxır, ən başlıcası - ölkəmizin
gələcəyinə inanırlar”. Prezident siyasi modernləşdirmə
olmadan iqtisadi islahatların yalnız qısamüddətli
perspektivdə səmərə verə biləcəyini
Bakıda yaxşı başa düşdüklərini
vurğulamışdır: “Biz Avropa strukturları ilə
konstruktiv münasibətlər qurmuşuq, artıq on ildir ki, Avropa
Şurasının üzvüyük, Avropa İttifaqı ilə
“Şərq tərəfdaşlığı” proqramı
üzrə işləyirik. Azərbaycanı çiçəklənən
dövlətə çevirmək üçün ölkəmizi
bundan sonra da modernləşdirmək niyyətindəyik”.
Bu fonda Azərbaycan duetinin
“Eurovision”da qələbəsi həqiqətən Odlar Yurdunun
Avropada öz yeni obrazını qəti təsdiq etməsinə
imkan verən bir hadisədir. 2012-ci ilin may ayının
sonlarında Bakıda keçiriləcək müsabiqəyə
on minlərlə turistin gələcəyi gözlənilir. Onların
Bakıda yerləşməsini lazımi qaydada təşkil
etmək üçün dövlət başçısı
yüksək səviyyəli təşkilat komitəsinin tərkibini
təsdiq etmişdir. Təşkilat komitəsinə hökumətin
üzvləri, sahə idarələrinin rəhbərləri
daxildir. Müsabiqəyə hazırlığa isə şəxsən
birinci xanım Mehriban Əliyeva rəhbərlik edəcəkdir.
“Eurovision”un icraçı prodüseri Jan-Ola Sand vəd
etmişdir: “Bakıda bütün Avropanın ürəyincə
olacaq müsabiqə keçiriləcəkdir”.
İndiki qaliblərin - Eldar
Qasımov və Nigar Camalın görünməmiş dərəcədə
populyarlığına əsasən mühakimə
yürütmək olar ki, avropalılar Odlar Yurdunu özləri
üçün kəşf etməkdə maraqlıdırlar.
Onlar Avropada çıxış etmək və Qərb
telekanallarına müsahibə vermək üçün hər
gün yeni-yeni dəvətlər alırlar. Duetin rəqiblərinin
şərhləri də bunu təsdiq edir. Məsələn,
bu ilin favoriti sayılan Britaniyanın “Blue” qrupunun
iştirakçıları KİV-lərə müsahibələrində
bildirmişlər ki, müsabiqəyə hazırlıq
çərçivəsində onları yaxşı mənada
ən çox heyrətləndirən Bakıya səfərləri
olmuşdur. Onlar demişlər: “Ölkəniz bizdə o qədər
xoş təəssürat doğurmuşdur ki, biz yenidən Azərbaycana
qayıtmaq istəyirik”. Azərbaycan duetinin təqdim etdiyi
musiqinin gözəlliyini, çıxışı təmin
edən qrupun sahmanlı işini, mahnının son dərəcə
uğurlu olduğunu vurğulayan britaniyalı ifaçılar
həmkarlarının qələbəsini layiqli qələbə
sayırlar.
Artıq Avropada hitə çevrilmiş “Running Scared” mahnısı tənqidçiləri də təəccübləndirmişdir: melodiyanın romantik şəffaflığının və mətnin lirikasının parlaq şounun dəstəyinə ehtiyacı yox idi. Avropalılar bu kübar sadəliyini layiqincə qiymətləndirmişlər. Azərbaycana maksimum balı verən ölkələrin sayı çox olmamışdır. Lakin orta səviyyədən yuxarı göstəricilər bütün Avropa ölkələri üzrə bərabər paylanmışdır. Duetin gözəl, inamlı və sakit “məxməri qələbə”sini də məhz bu təmin etmişdir. Müsabiqənin finalının digər 24 iştirakçısı favoritlərdən xeyli geri qalmışdır. Ekspertlər proqnozlaşdırırlar ki, inkişaf edən, Avropa standartlarına can atan, lakin bənzərsiz özünəməxsusluğunu qoruyub saxlayan Azərbaycanın özünü də elə belə rahat və gözəl qələbələr gözləyir.
Yeri gəlmişkən:
Azərbaycan təmsilçilərinin qələbəsi ilə başa çatmış “Eurovision-2011”in finalını 70 milyon tamaşaçı izləyib
Almaniyanın Düsseldorf şəhərində
Azərbaycan təmsilçiləri Eldar və Nigarın
möhtəşəm qələbəsi ilə başa
çatmış “Eurovision-2011” yarışmasının
final mərhələsini 70 milyon tamaşaçı izləyib
Avropa Yayım Birliyinin (EBU) məlumatında bildirilir ki,
mayın 10-u və 12-də keçirilən yarımfinal
konsertlərini müvafiq olaraq 24,8 və 19,7 milyon
tamaşaçı seyr edib. Ümumilikdə isə “Eurovision-2011”in
izləyicilərinin sayı 114,5 milyon təşkil edib ki, bu
da keçən ildəkindən 9 milyon çoxdur.
İnternetdə online rejimdə
56-cı “Eurovision”müsabiqəsini 804 min insan izləyib.
Müsabiqənin rəsmi internet saytı olan eurovision.tv-də
isə 87 milyon nəfər builki müsabiqəyə tamaşa
edib. Facebook social şəbəkəsində “Eurovision” səhifəsinə
400000 nəfər qoşulub.
Qeyd edək ki, gələn il
Bakıda keçiriləcək 57-ci “Eurovision”
yarışmasının yarımfinallarının mayın
22-si və 24-də, finalın isə mayın 26-da
keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 8.