Musiqi Mədəniyyəti
Dövlət Muzeyində bayram tədbiri
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
şagirdlərinin konserti
Maestro
Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun 1 iyun -
Beynəlxalq uşaqları müdafiə gününə həsr
edilmiş konserti keçirildi. Konsertdə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri
çıxış etdilər.
Konsertdən öncə
musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Səadət
Səttarova çıxış edərək, Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin tarixi haqqında məlumat
verdi. Qeyd olundu ki, 80 yaşlı məktəbdə vaxtilə
Üzeyir Hacıbəylinin təşəbbüsü ilə
yaxşı mütəxəssislər, pedaqoqlar cəmləşmişdi:
“40-cı illərdə məktəb böyük
yaradıcılıq dövrü yaşayırdı. 50-ci illərdən
sonra isə məktəbin yetirmələri beynəlxalq arenaya
yol tapdı. Fərhad Bədəlbəyli, Polad
Bülbüloğlu və digər tanınmış
musiqiçilər bu məktəbin yetirmələridir».
S.Səttarovanın
çıxışından sonra Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında
konsert proqramı təqdim olundu. Vurğun Vəkilovun
(fortepiano) ifasında F.Listin «Məhəbbət
xülyaları», Atabəy İsmayılovun ifasında (tar)
Niyazinin «Arzu», Aynur Abdullayevanın (fortepiano) ifasında
F.Şopenin «Etüd ¹ 8», Nərminə İsmayılovanın
(fortepiano) ifasında V.A.Mosartın «Re-Minor fantaziya», Tamilla Əhmədova
və Tamilla Cəfərzadənin ifasında «Romans» və s.
musiqi nömrələri maraqla qarşılandı.
Gülər
Mədəniyyət.-
2011.- 3 iyun.- S. 6.