Kitabxanaçılarımız
Krımda beynəlxalq
konfransda iştirak edirlər
“Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planında
ölkə kitabxanalarının beynəlxalq əlaqələrinin
genişləndirilməsi, bu sahədə çalışan
mütəxəssislərimizin kitabxana-informasiya sahəsinin zəruri
istiqamətləri üzrə keçirilən konfranslarda
iştirakı nəzərdə tutulub. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi
ilə Azərbaycan nümayəndə heyəti iyunun 4-dən
12-dək Ukraynada keçirilən “Krım-2011” Beynəlxalq
kitabxana konfransının işində iştirak edir.
Azərbaycan nümayəndə heyətinə
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının direktoru Tahir Sadıqov, kitabxananın ictimai-hüquqi
informasiya şöbəsinin əməkdaşı Günay Həsənova,
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva,
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Lətifə Mövsümova, Gəncə Şəhər
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Elmira Əliyeva, Quba Rayon MKS-nin direktoru Saməddin Nəsirov
daxildirlər.
Konfransda Azərbaycan
kitabxanaçıları dünya kitabxanaçıları ilə
qarşılıqlı əməkdaşlıq məsələlərini
müzakirəyə çıxarır, təcrübə
mübadiləsi aparır, habelə müasir dövrdə
kitabxanaların avtomatlaşdırılması,
kitabxana-informasiya sahəsində “nou-hau” (know-how)
texnologiyaları, yeni xidmət növlərindən istifadə
və s. mövzularda məruzələrlə
çıxış edir, müxtəlif maraqlı “dəyirmi
masa”lar, debatlar, kitab təqdimatları keçirirlər.
Mədəniyyət.-
2011.- 8 iyun.- S. 5.