«Foto Artist» filminin təqdimatı
keçirildi
İyunun 8-də Fransanın Azərbaycandakı
səfirliyinin Fransa İnstitutunda tanınmış kinorejissor
Ziya Şıxlinskinin «Foto Artist» filminin təqdimatı
keçirildi.
Film dünya şöhrətli azərbaycanlı
fotoqraf Reza Deqətiyə həsr olunub. Bildirildi ki, fotoqraf
Fransa vətəndaşı olduğuna və Parisdə
yaşadığına görə, filmin təqdimatı da məhz
bu məkanda baş tutur.
Rejissor Ziya Şıxlinski filmin Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və
köməyi ilə çəkildiyini bildirdi. Film bu ilin
yanvar-fevral aylarında ərsəyə gəlib: “Novruz
bayramında Reza Deqəti Bakıya gələndə filmi ona
göstərdim. Baxıb filmdən razı
qaldığını dedi. Dedi, sizin üçün nə
edə bilərəm. Dedim, fotoşəklimi çəkin. O
da mənim şəklimi çəkdi. Elə gözəl
çəkib ki, mən o şəkillərdə həyatda
olduğumdan da gözəl çıxmışam. Bu da onun
böyük istedadından xəbər verir».
Rejissorun sözlərinə görə,
məşhur fotoqraf özü Bakıya payızda gəlməyi
planlaşdırır: «Bakıda Heydər Əliyev Fondu və
Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı
ilə fotoqrafın sərgisi keçiriləcək. Bu filmi də
həmin sərgidə böyük auditoriya
qarşısında nümayiş etdirəcəyik».
Sonra 13 dəqiqəlik film nümayiş
olundu. Fotoqrafın müxtəlif müharibə
zonalarında - Ruanda, Bosniya,
Əfqanıstan,
Qeyd edək ki,
Reza Deqəti 1952-ci ildə
Təbrizdə doğulub.
"Frans-Press" agentliyində işləyib,
"Newsweek" üzrə
Mehparə
Mədəniyyət.-
2011.-10 iyun.- S. 5.