“Tarixin izi ilə...Yaqub Mahmudov”
Görkəmli tarixçi
alimə həsr olunmuş sənədli
film təqdim olundu
İyunun 9-da
AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətində
istehsal olunan “Tarixin izi ilə...Yaqub Mahmudov” sənədli televiziya filminin təqdimat mərasimi keçirildi.
Film tarix elmləri doktoru, professor, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, AMEA-nın
A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudova həsr olunub. Mərasimdə Milli Məclisin
üzvləri, elm adamları
iştirak edirdilər.
Tədbiri giriş sözü
ilə açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Yaqub Mahmudovun alim, ziyalı, ictimai-siyasi xadim kimi çoxşaxəli
fəaliyyətindən danışdı.
Qeyd olundu ki, Yaqub
Mahmudov Azərbaycan tarix elminin aparıcı
simalarındandır. Onun rəhbərliyi
altında AMEA-nın Tarix İnstitutunda böyük işlər görülüb, tariximizin
daha dəqiq araşdırılması və
təbliği istiqamətində
mühüm addımlar
atılıb, sanballı
elmi əsərlər
yazılıb.
Tədbirdə
çıxış edən
“Mədəniyyət” televiziya
kanalının direktor
müavini, professor İlham
Rəhimli qeyd etdi ki, Yaqub
Mahmudov şərəfli
bir ömür yolu keçib: “Filmin hazırlanmasında məqsəd bu ömür yoluna çıraq tutmaqdır.
Film hazırlanarkən yaradıcı heyət çalışıb ki,
onun həyat və fəaliyyəti tamaşaçıya hərtərəfli
çatdırılsın”.
Sonra “Tarixin izi ilə...Yaqub Mahmudov” sənədli televiziya filminə baxış keçirildi.
Ekran əsəri böyük maraqla qarşılandı.
Portret janrında çəkilən
«Tarixin izi ilə...Yaqub Mahmudov» filmində alimin həyatı, elmi və ictimai
fəaliyyəti əks
olunur. Filmdə Azərbaycan tarixinin
müxtəlif zaman kəsiyində üzləşdiyi
qadağalardan da söhbət açılır.
Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb.
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.
Ceyhun
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 5.