“Xalqın min illər boyu
yaratdığı dəyərləri teatr
səhnədə nümayiş
etdirir”
Ekaterina Mazmişvili: “Gürcü teatrı emosiyalar
üzərində qurulan teatrdır”
Özünəməxsus
tarixi və mədəniyyəti olan gürcülər həm
də dünyada teatra, kinoya xüsusi marağı və sevgisi
olan bir xalq kimi tanınır. Kote Marcanaşvili adına
Gürcüstan Dövlət Dram Teatrının direktoru
Ekaterina Mazmişvili ilə söhbətimiz də elə teatr
barədədir. Direktor öncə teatr barədə məlumat
verdi:
- Bu gün Gürcüstanda 36 teatr
fəaliyyət göstərir ki, onlardan biri də bizim
teatrdır. 83 illik tarixi olan teatrımız gürcü
teatrı məktəbinin böyük simalarından biri,
tanınmış rejissor Kote Marcanaşvilinin adını
daşıyır. Bu illər ərzində teatrımız bir
neçə inkişaf mərhələsi keçib və
gürcü teatr məktəbinin ən yaxşı ənənələrini
qoruyub saxlamağa çalışıb.
- Yunanlar teatrı böyüklər
üçün məktəb adlandırırdı. Bu gün
necə, teatr bu missiyanı daşıya bilirmi?
- Teatr nəinki böyüklər
üçün məktəbdir,
eyni zamanda həyatın bir parçasıdır, canlı
sənətdir. Bu xüsusiyyətlərinə görə
teatr incəsənətin
başqa sahələrindən
fərqlidir və deyərdim ki, irəlidir. Biz çalışırıq ki,
teatr həyatın bir parçası olsun və tamaşaçı
teatrdan zövq alsın. Teatr həm də
milli ruhun daşıyıcısıdır. Bir xalqın, bir millətin min illər boyu yaratdığı, formalaşdırdığı dəyərləri teatr səhnədə nümayiş
etdirir, yaşadır.
- Bu gün teatr barədə müxtəlif fikirlər mövcuddur. Bir qrup insanlar belə düşünür
ki, teatr Şekspirin “olum, ya ölüm” dilemması qarşısındadır.
Başqa
qrup insanlar isə belə düşünürlər ki,
teatr canlı sənət olduğu üçün ölümsüzdür.
Siz nə düşünürsüz?
- Mən belə hesab edirəm ki, teatr artıq bu dilemmanı həll edib. XXI əsr internet və
texnologiya əsri olsa da, teatr
öz aktuallığını
qoruyub saxlayıb.
İnsanlar işdən çıxıb
evdə oturmaqdansa, teatra gəlib tamaşalara baxmağa üstünlük verirlər.
- Teatrın təməli
dramaturgiyadır. Sizdə bu
gün yetərincə
dram əsərləri yazılırmı?
- Teatrın təməli dramaturgiyadır.
Sizdə
bu gün yetərincə dram əsərləri
yazılırmı?
- Mən deyərdim ki, bizdə müasir dramaturgiya ürəkaçandır,
yaxşı əsərlər
yazılır. Sonluğu bəlli
olmayan və tamaşaçıları düşündürən
əsərlər teatrı
tamaşaçılara sevdirir.
- Yeri gəlmişkən, gənc,
gözəl xanımın
qocaman bir teatra rəhbərlik etməsi maraqlıdır...
- İxtisasca
sənətşünasam. Bizdə gənc nəslə daha çox yer verilir, daha
çox etimad göstərilir. Biz də çalışırıq
ki, bu etimadı
doğruldaq.
- Repertuarınızda
klassik, yoxsa müasir əsərlərə
daha çox yer verirsiniz?
- Gürcü teatrı emosiyalar üzərində qurulan bir teatrdır. Daha çox psixoloji tamaşalara üstünlük
veririk. Burada oyun manevri, rejissor işi fərqlidir. Tamaşaçının tələbatını ödəyən,
zövqünü oxşayan
əsərlərə daha
çox yer verilir. Teatr insanları heyrətləndirməkdən
çox, düşündürməlidir.
Tamaşaçı teatr üçün
darıxmalıdır.
- Bu yaxınlarda
teatrınız Azərbaycanda
qastrol səfərində
oldu, eyni zamanda Akademik Milli Dram Teatrı sizin qonağınız oldu. İstərdim təəssüratlarınızı
bölüşəsiniz?
- Biz mədəniyyət
körpülərini bərpa
etməli, müştərək
işlər görməli,
teatr sənətinin inkişafı üçün
atılan yeni addımlardan bəhrələnməliyik.
Qarşılıqlı əlaqə, sənət
mübadiləsi inkişaf
üçün yeni yollar açır. Teatr insanları birləşdirir.
34 ildən sonra
teatrımız Azərbaycanda
qastrol səfərində
oldu. Səfərlə bağlı olduqca
xoş təəssüratlarım
var. Akademik Milli Dram Teatrının Gürcüstana
səfəri də ürəyimizcə olan bir səfərdir. İnanırıq ki, bundan sonra da hər
iki teatr arasında əlaqələrimiz
daha sıx olacaq, sənət uğurlarımızı tamaşaçılar
qarşısında nümayiş
etdirməyə imkanımız
olacaq.
Təranə Vahidqızı
Mədəniyyət.- 2011.- 10 iyun.-
S. 5.