Pianoçumuz
İtaliyada müsabiqədə
3-cü yeri qazanıb
İyunun 1-dən 5-dək
İtaliyanın Bari şəhərində (Gioia Del Colle şəhərciyi)
“Pyetro Arcento” adına 14-cü beynəlxalq ifaçılar
müsabiqəsi keçirilib. “Gioachino Rossini” adına teatrda
keçirilən müsabiqədə iştirak edən
Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Nərgiz
Həsənova müvəffəqiyyətlə
çıxış edərək 3-cü yeri qazanıb. Müsabiqədə
İtaliya, Fransa, ABŞ, Almaniya, Kanada, Rusiya, Ukrayna, Türkiyə
və s. ölkələrdən ifaçılar iştirak
ediblər.
Münsiflər heyətində
A.Volkova, Çin Vu Park, S.Qramalya, B.Speranza, C.Valente və
M.Matareze kimi tanınmış musiqiçilər yer alıb. Münsif
A.Volkova azərbaycanlı pianoçu N.Həsənovanın
ifasını yüksək qiymətləndirib. Gənc və
istedadlı pianoçunun ifasında İ.S.Baxın “Prelyudiya”
və “Fuqası”, Bethovenin “5 nömrəli sonatası”,
Şumanın “Fantaziya”sı, Vaqif Mustafazadənin “Mart”-ı,
S.V.Raxmaninovun “Etüd Rəsmi” səslənib.
Nərgiz Həsənovanın
müəllimi, İsveçrədə virtuoz pianoçular
arasında müsabiqənin qalibi Elnarə Kəbirlinskayanın
sözlərinə görə, o, 1-ci kursdan istedadı ilə
fərqlənən tələbələrdən olub:
“İstedad, məsuliyyət, həvəs və öz peşəsinə
sadiqlik müsabiqədə Nərgizə müvəffəqiyyət
qazandırdı”.
Nərgiz Həsənova dəfələrlə
solo konsertlərlə çıxış edib. İtaliyadakı
qələbəsi isə onun beynəlxalq müsabiqədə
ilk müvəffəqiyyətidir.
Reyhan
Mədəniyyət.-
2011.- 10 iyun.- S. 5.