Azərbaycanlı
fotoqrafların işləri
Tbilisidə festivalda sərgilənib
Xəbər verdiyimiz kimi, mayın
25-dən 31-dək Gürcüstanın paytaxtı Tbilisidə
keçirilən fotofestivalda azərbaycanlı fotoqraflar da
iştirak edib. “Tbilisi Foto-Festival 2011” çərçivəsində
Gürcüstan paytaxtının park və küçələrində
quraşdırılmış monitorlarda iştirakçı
ölkələrin, eləcə də AFP, Liberation, Reuters və
s. məşhur informasiya vasitələrinin
fotoqraflarının işləri nümayiş etdirilib.
Festivalda ölkəmizi səkkiz
müəllifin - Anna Süleymanova, Elmar Mustafazadə, İlkin
Hüseynov, İlkin Yaqubov, Nanə Qafarova, Natalya Abilova, Nəzrin
Məmmədova, Sevinc və Heydər Aslanovların foto işlərini
birləşdirən “Paralellər” layihəsi ilə Azərbaycan
Fotoqraflar Birliyi təmsil edib. Fotoqraflarımız Tbilisiyə
80 foto işi aparıblar.
Fotoqraf Sevinc Aslanova festivaldan
razı qaldığını bildirdi: “Festival kifayət qədər
dinamik keçdi. Maraqlı fotolar var idi. Müxtəlif sahəni
əhatə edən fotolar sərgilənmişdi. Gecə
fotolarından ibarət silsilə xüsusən maraqlı idi.
Heydərlə bizim layihə ekologiya mövzusundaydı. Bu
layihədə biz insanın ətraf mühitlə necə
davrandığını göstərmək istəyirdik. Ümumiyyətlə,
bu layihədə iştirak edən fotoqraflarımızın hər
biri öz işlərində dünyaya olan
baxışını göstərməyə
çalışmışdı”.
Festivalda Azərbaycan
fotoqrafiyası layihəsinin kuratoru Anna Süleymanova da
fotoqrafımızın işlərinin maraqla
qarşılandığını vurğuladı: “Fotofestival
Gürcüstan Fotoqrafiya Evi və Gürcüstandakı Avropa
Evi tərəfindən Tbilisidə Avropa Günləri çərçivəsində
keçirilirdi. Festivalda foto işləri Qafqazı müxtəlif
mədəniyyətlərin qarşılaşdığı
yer kimi əks etdirən dörd sərgidə nümayiş
olunurdu. Müxtəlif agentlik, jurnal və ya müəlliflərin
işləri çox maraqlı idi. Azərbaycan Fotoqraflar
Birliyinin işləri də kifayət qədər maraqlı və
diqqətçəkən idi”.
Reyhan
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 13.