“Xəzər
dənizi - dostluq sahilləri”
Mahaçqalada beynəlxalq musiqi festivalı
keçirilib
Rusiya Federasiyasının
Dağıstan Respublikasının paytaxtı Mahaçqalada
Rusiya regionları və Xəzəryanı ölkələrin
“Xəzər dənizi-dostluq sahilləri” adlı beynəlxalq festival
keçirilib. Festivalda ölkəmiz Azərbaycan
Aşıqlar Birliyi ilə təmsil olunub. AAB-in katibi Musa Nəbioğlu
bildirib ki, festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə aşıqlarımızdan Ağamurad İsrafilov, Qənimət
Qədirov, Mahir Niftəliyev və Cahandar Musayev iştirak ediblər.
Festival çərçivəsində Mahaçqaladakı
Rus Dram Teatrında “Milli geyimlərin poeziyası” devizi
altında gənc dizaynerlərin müsabiqəsi
keçirilib. Həmin tədbirdə milli geyimdə səhnəyə
çıxan aşıqlarımızın da
çıxışları olub. Azərbaycan
aşıqlarının çıxışı
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Azərbaycan nümayəndə heyəti
festival çərçivəsində Dərbənd rayonunun
Tatlıyar kəndində də konsert proqramı ilə
çıxış edib. Festivalın keçirildiyi günlərdə
Dağıstan kütləvi informasiya vasitələri
aşıqlarımızın
çıxışlarını geniş
işıqlandırıb.
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 12.