«Azərbaycan - doğma diyar»
Milli Azlıqların İncəsənəti III Respublika
Festivalına start verildi
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikadakı
azsaylı xalqların
mədəniyyətinin inkişafına
hər zaman diqqət və qayğı göstərilib.
Bu siyasəti ölkə prezidenti İlham Əliyev uğurla davam etdirir. Son illərdə
azsaylı xalqların
yaşadığı bölgələrin
sosial-iqtisadi inkişafı
üçün dövlət
tərəfindən əhəmiyyətli
işlər həyata
keçirilib.
UNESCO-nun 20 oktyabr
2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun
olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti,
adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü
iş aparılır.
Prezident İlham Əliyevin 2009-cu il
26 noyabr tarixdə imzaladığı qanunla
ölkəmiz UNESCO-nun “Mədəni
özünümüdafiə müxtəlifliyinin qorunması
və təşviqi haqqında Konvensiya»ya qoşulub. 2010-cu il mayın
20-də, BMT-nin 21 may - “Mədəni
müxtəlifliklər günü”
ərəfəsində Bakıda
konvensiyanın təqdimat
mərasimi keçirilib.
Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü
və təşkilatçılığı
ilə 2006 və
2008-ci illərdə respublikada
«Azərbaycan - doğma
diyar» devizi altında keçirilmiş
azsaylı xalqların
incəsənəti festivalı
respublikanın ictimai-mədəni
həyatında mühüm
hadisə kimi yadda qalıb. Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayevin sözlərinə görə,
bu tədbirlər çərçivəsində azsaylı xalqların və etnik qrupların
mədəni irsinin qorunması mövzusunda elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini
əks etdirən fotosərgilər təşkil
edilib, “Azərbaycanın
ənənəvi musiqi
atlası” və “Azərbaycan etnik musiqisinə həsr olunmuş albom” hazırlanıb.
İyunun 14-dən 18-dək keçiriləcək
Milli Azlıqların İncəsənəti III Respublika
Festivalının tədbirlər
proqramı da rəngarəngdir.
Növbəti festival və
yeni təşəbbüslər
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə «Azərbaycan doğma diyar» devizi altında keçirilən festivalın
rəsmi açılış
mərasimi iyunun 16-da olacaq. İyunun 14 və 15-də isə festivala qatılan incəsənət
kollektivlərinin Dövlət
Akademik Opera və Balet Teatrında çıxışları nəzərdə
tutulub. Qeyd edək ki, festivalda
Lənkəran, Astara,
Masallı, Lerik, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran
rayonlarından azsaylı
xalqların bədii özfəaliyyət kollektivləri
iştirak edir. Festivalın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
İyunun 16-da festival çərçivəsində
«Qloballaşma dövründə
Azərbaycanda etnik mədəniyyət» mövzusunda
dəyirmi masa keçiriləcək. Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev «Azərbaycan dövlətinin
milli siyasəti, mədəni müxtəliflik
və mədəniyyətlərarası
dialoq» mövzusunda çıxış edəcək.
Tədbirdə
həmçinin «Musiqi
dünyası» jurnalının
baş redaktoru, professor Tariyel Məmmədovun rəhbərliyi
ilə hazırlanmış
“Azərbaycanda yaşayan
xalqların mahnıları»
CD diskinin təqdimat mərasimi keçiriləcək.
42 mahnıdan ibarət olan disk 5 dildə - Azərbaycan, ingilis, rus, fransız
və alman dillərində hazırlanıb.
Dəyirmi masada Prezident Administrasiyası ictimai-siyasi
məsələlər şöbəsinin,
Milli azlıqlar və dini qurumlarla
iş sektorunun müdiri Müzəffər
Talıblı, Milli Məclisin İnsan Hüquqları komitəsinin
sədr müavini Yevda Abramov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, professor Vaqif
Arzumanlı, AMEA-nın
Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun direktoru,
professor İlham Məmmədzadə,
Milli Məclisin üzvü Mixail Zabelin və başqalarının çıxışları
nəzərdə tutulub.
Dəyirmi masada milli
azlıqların mətbəxi
ilə bağlı məsələyə də
diqqət yetiriləcək,
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov «Azərbaycanda yaşayan xalqların mətbəx mədəniyyətinin ümumi
və fərqli cəhətləri» mövzusunda
məruzə ilə çıxış edəcək.
Ən yaxşı kollektivlər beynəlxalq
folklor festivallarına
göndəriləcək
İyunun 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
festivalın qala-konserti
olacaq. Festivalın qala-konsertində çıxış edəcək
kollektivlərin Mədəniyyət
və Turizm Nazirliyinin diplomları ilə təltif olunması, ən yaxşı kollektivlərin
gələcəkdə beynəlxalq
folklor festivallarına
göndərilməsi nəzərdə
tutulub. Festivalın elektron və
yazılı informasiya
vasitələrində işıqlandırılması
ilə yanaşı, İctimai Televiziya tərəfindən də
tədbirə rəsmi
informasiya dəstəyi
veriləcək. Eyni zamanda
Azərbaycan Respublikası
Ombudsman Aparatının iyunun
17-18-də keçirəcəyi beynəlxalq konfransın iştirakçıları da
festivalın tədbirlərində
iştirak edəcəklər.
Son olaraq qeyd edək ki, ümumilikdə Azərbaycan dövləti
tərəfindən mədəniyyətlərarası
dialoqun təşviqi məqsədilə həm
beynəlxalq, həm də milli səviyyədə
həyata keçirilən
tədbirlər ölkəmizin
beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın
milli həmrəyliyini
daha da möhkəmləndirir
və Azərbaycanı
dünya mədəniyyətlərini
qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.
Mehparə
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 4.