Kitabxanaçılarımızın
Belarusda təcrübə mübadiləsi
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzi, Belarus Dövlət Mədəniyyət
və İncəsənət Universiteti arasında imzalanmış
müqaviləyə əsasən Azərbaycan nümayəndə
heyəti ixtisasartırma və təcrübə mübadiləsi
məqsədilə iyunun 14-18-də Belarusun paytaxtı Minskdə
səfərdə olub.
Nümayəndə heyətinə
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin aparıcı mühəndis-proqramçısı
Tural Qədirov, C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması şöbəsinin müdiri
Yeganə Sadıqlı, Binəqədi rayon MKS-nin direktoru Rəna
Biləndərli, Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev daxil idi.
Nümayəndə heyəti
"Kitabxana işinin müasir metod və metodikaları"
mövzusunda keçirilmiş dəyirmi masa və
diskussiyalarda iştirak edib. Azərbaycan kitabxana mütəxəssisləri
Belarus Respublikası Milli Kitabxanası və bir sıra
kitabxanalarının fəaliyyəti ilə tanış olub və
təcrübə mübadiləsi aparıblar. Görüşlər
zamanı «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı»nın icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində
aparılan islahatlar barədə belaruslu mütəxəssislərə
məlumat verilib.
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 3.