“Standartlaşdırma üzrə
Turizm və yerləşdirmə vasitələrinin
xidmətləri” Texniki
Komitəsinin əsasnaməsi
təsdiq edilib
Mədəniyyət və Turizm
Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin birgə Əmri ilə
“Standartlaşdırma üzrə Turizm və yerləşdirmə
vasitələrinin xidmətləri” Texniki Komitəsinin əsasnaməsi
və yeni tərkibi təsdiq edilib. Turizm üzrə Texniki
Komitə turizm sahəsini tənzimləyən standartların
və normativ-hüquqi sənədlərin layihələrini
hazırlayacaq.
Mehmanxana fəaliyyəti, turizm fəaliyyəti
və turizm marşrutları üzrə 3 Alt Komitədən
ibarət Texniki Komitə öz səlahiyyətləri daxilində
turizm sahəsini tənzimləyən standartların və digər
normativ-hüquqi sənədlərin layihələrini
hazırlayacaq və ekspertizasını təşkil edəcək.
Bundan başqa, beynəlxalq təcrübəyə əsaslanaraq,
sahə üzrə standartlaşdırmanın illik və
perspektiv planlarını tərtib etmək, turizm sahəsində
qüvvədə olan beynəlxalq standartlara, normalara və
tövsiyələrə əsasən müvafiq milli standartlar
hazırlamaq "Standartlaşdırma üzrə Turizm və
yerləşdirmə vasitələrinin xidmətləri"
Texniki Komitənin vəzifələrinə aid edilib.
Ceyhun
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 5.