Amerikanın "Melvin Ulyams"
qrupu Kürdəmirdə
konsert verib
Kürdəmir rayon MKS - nin binasında 2005-ci ilin aprel
ayında yaradılan Regional Kitabxana Məlumat Mərkəzi
hazırda Amerika Mərkəzi adı altında fəaliyyət
göstərir.
Qeyd edək ki, Amerika Mərkəzi
bu müddət ərzində ABŞ-ın Azərbaycandakı
səfirliyi tərəfindən maliyyələşdirilib və
bütün rayon əhalisinə pulsuz xidmət göstərir.
Rayonun hər bir vətəndaşı bu mərkəzin həm
kompyuterlərindən, həm də internet şəbəkəsindən
istədiyi qədər pulsuz istifadə edə bilir.
Fəaliyyət göstərdiyi
gündən pulsuz ingilis dili kurslarının keçirilməsi
Amerika Mərkəzinin təqdirəlayiq işlərindəndir.
Mərkəzin koordinatoru Azər Orucov, ABŞ-dan Azərbaycana
gəlmiş könüllülər Tot və Sara Frenslər
ingilis dili dərslərinin tədrisi və gənclərlə
iş aparmaq sahəsində xeyli işlər görürlər.
Dil tədrisiylə yanaşı,
Amerika Mərkəzi gənclərin asudə vaxtlarından səmərəli
istifadə etmələrinin təşkili üçün də
xeyli işlər görür. Mərkəzdə gənclərin
iştirakı ilə müxtəlif tədbirlər və
Amerika bayramları keçirilir. "Melvin Ulyams" qrupunun
Kürdəmirə gəlişi və burada rəngarəng
konsert proqramı ilə cıxışı buna bariz nümunədir.
ABŞ-ın Missisipi
ştatının "Melvin Ulyams" qrupunun rayonumuzda konsert
verməsi Kürdəmir rayon ictimaiyyəti tərəfindən
xüsusi diqqət və maraqla qarşılandı. Okeanın
o tayından ölkəmizə təşrif buyuran "Melvin
Ulyams" GRAMMY mükafatının 6 qat nominantıdır. 4
nəfərdən ibarət olan bu qrup 1 saatlıq konsert
zamanı böyük tamaşaçı auditoriyasını
öz ətrafına sıx toplaya bildi. Konsert o qədər
yüksək səviyyədə keçdi ki,
tamaşaçıların alqışları qrupu təkrar-təkrar
ifa etməyə dəvət edirdi. "Melvin Ulyams" qrupu
rayon sakinləri ilə birgə mahnı da ifa etdilər və
bu da onlar tərəfindən böyük alqışlarla
qarşılandı.
Bu konsert bir daha sübut
etdi ki, doğrudan da musiqi sərhəd tanımır. Janrından, alətindən asılı
olmayaraq hər bir dövlətin musiqisi özünəməxsusdur,
gözəldir, dəyərli
və maraqlıdır.
Musiqi həm də dövlətlər arasında
ən gözəl, anlaşıqlı ünsiyyət
əlaqəsidir. Belə ki,
dilini anlamasan da, hər bir
dövlətin musiqisinin
ritmini tutub, ondan zövq almaq, onu sevmək
olur.
Konsert böyük ruh
yüksəkliyi ilə
başa çatdı.
Konsertdə rayon ictimaiyyətinin bir çox nümayəndələri iştirak
etdilər. Konsertdən sonra,
“Melvin Ulyams" qrupunun
iştirakçıları tərcüməçilər vasitəsi
ilə rayon əhalisi
ilə söhbət etdilər, onlarla şəkil çəkdirdilər.
Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin
metodika-biblioqrafiya şöbəsinin
baş kitabxanaçısı
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 4.