Yeni teatr" II Respublika festivalı davam edir

 

   Xəbər verdiyimiz kimi, iyunun 21-də Lənkəranda “Yeni Teatr” II Respublika festivalı başlayıb. Festivalda ölkəmizdə fəaliyyət göstərən 27 teatrdan 13-ü iştirak edir.

   22-23 iyun tarixlərində "Yeni teatr" II Respublika festivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Nodar Dumbadzenin "Mən, nənəm, İliko və İllarion", H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının Könül Şahbazovanın quruluşunda Tuncer Cücenoğlunun "Ziyarətçi", "Yuğ" Dövlət Teatrının Vidadi Həsənovun Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadənin felyetonları və Mirzə Ələkbər Sabirin şeirləri əsasında hazırladığı "Məsəl, ya... əməl", Şuşa Dövlət Musiqili Dram Teatrının "Ağ qayıq" tamaşaları nümayiş olundu.

   Müxtəlif mövzularda və muxtəlif janrlarda hazırlanan tamaşalar festival iştirakçıları və lənkəranlılar tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.

   Bu gün, iyunun 24-də festivalda İrəvan Dövlət Azərbaycan Dram Teatrı Zihni Papaqçının "Soyqırımı abidəsinin dastanı", Gənc Tamaşaçılar Teatrı isə G.Figeyredonun "Ezop" tamaşasını sənətsevərlərə təqdim edəcəklər.

   Xatırladaq ki, festival iyunun 27-də yekunlaşacaq.

  

 

   Təranə

 

   Mədəniyyət.- 2011.- 24 iyun.- S. 2.