Azərbaycan turizmi Argentinada təbliğ olunub

 

   Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycanın turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Ölkəmizin Argentinadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Argentinanın Avropa Asiya ölkələri üzrə 60-a yaxın turoperator şirkətləri, aparıcı turizm assosiasiyaları turizm sektorunun təşviqi ilə məşğul olan KİV-lərin nümayəndələri iştirak ediblər.

   İştirakçıları salamlayan səfir Məmməd Əhmədzadə qədim tarixə, zəngin mədəni irsə coğrafi müxtəlifliyə malik Azərbaycanın Argentina turistləri üçün maraqlı turist istiqamətlərindən biri olacağını deyib, turizm sektorunun inkişafı məqsədilə görülən işlər, prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə turizm ili elan edilməsi barədə məlumat verib. Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentina turistlərini Azərbaycana dəvət edərək bu xüsusda turist şirkətlərinin rolunun önəmli olduğunu bildirib.

   Çıxışlardan sonra Azərbaycan Mədəniyyət Turizm Nazirliyi tərəfindən çəkilmişAzərbaycan - unudulmaz ölkəfilmi nümayiş etdirilib. Tədbir iştirakçılarına Azərbaycan turizminin təşviqini əks etdirən kitab materiallar paylanıb, ölkəmizin müxtəlif mənzərələri mədəni-tarixi abidələrinin fotosərgisi, habelə milli xalçalarımızın nümayişi təşkil olunub. Tədbir Azərbaycan mətbəxinin təqdimatından ibarət ziyafət milli musiqiçilərimizin konserti ilə yekunlaşıb.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 2 mart.- S. 9.