“Vətən
Anadır”
Fevralın 25-də Bakı Xoreoqrafiya Məktəbində
Xocalı şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbi
ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş
“Vətən Anadır” adlı tədbir keçirildi.
Tədbirdə
çıxış edən Bakı Xoreoqrafiya Məktəbinin
direktoru, Əməkdar müəllim Neylüfər Kərimova,
Xocalı şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbinin
direktoru İmran Mirzəyev Xocalı faciəsinin dəhşətləri
barədə danışaraq bu soyqırımını bəşəriyyətə
qarşı cinayət adlandırdılar. Musiqi məktəbinin
müəlliməsi Rəna Xudiyeva Xocalıda başına gələn
hadisələri nəql etdi. Tədbirdə ermənilərin
yerlə-yeksan etdikləri Xocalı şəhəri haqda Azərbaycan,
rus, fransız dilində məlumatlar, Qarabağın tarixi, mədəniyyəti
haqda informasiya səsləndi.
Uşaqların ifasında “Rənglərin anası” adlı səhnəcikdə isə qara rəngin möhtəşəmliyi və rənglərin anası kimi qəbul olunması bədii formada həllini tapdı. İşğal altında olan xarı bülbülün, anaların fəryadı yüksək səviyyədə hazırlanmış səhnəcikdə səsləndi. Uşaqlar vətənpərvərlik mövzusunda şeirlər, “Xarı bülbül”, “Azərbaycan” mahnılarını ifa etdilər. “Vətən Anadır” adlı tədbirdə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş səhnəcik də yer aldı. Tədbir “Qarabağ şikəstəsi” ilə yekun vuruldu.
Reyhan
Mədəniyyət.-
2011.- 2 mart.- S. 6.