“Mən bir qıza rast gəldim”
Rusiya televiziyasında Azərbaycan musiqisi
Yəqin ki, yaşlı
və orta nəsil nümayəndələri
görkəmli Azərbaycan
müğənnisi Rəşid
Behbudovun ifasında “Mən bir qıza
rast gəldim” (“Ya vstretil devuşku”)
mahnısını dəfələrlə
eşidib. Bazar axşamları
Rusiya televiziyasının
1-ci kanalının (ORT) efirinə
çıxan “Bizim illər” (“Kakiye naşi qodı”) verilişinin son buraxılışında
həmin mahnının
yaranma tarixi səslənib.
Müəllif və aparıcı,
tanınmış jurnalist
Leonid Parfyonov verilişin
hər buraxılışını
keçmişlə bağlı
müəyyən əlamətdar
hadisələrə həsr
edir. Budəfəki buraxılışda 1957-ci ildə baş vermiş hadisələrdən
bəhs edilirdi. Həmin il Moskvada
Gənclərin və
Tələbələrin 6-cı Beynəlxalq Festivalı keçirilmiş, Yerin ilk
süni peyki kosmosa buraxılmış,
rejissor Mixail Kalatozovun “Durnalar uçur” filmi Kann kinofestivalının baş mükafatını
qazanmışdı. Rəşid Behbudovun
“Mən bir qıza rast gəldim” mahnısı isə 1957-ci ilin ən populyar mahnısı olmuşdu.
Mahnının ilk ifaçısı Azərbaycanın tanınmış
müğənni və
pianoçusu Rauf Atakişiyev olub.
Verilişdə iştirak edən
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu bu mahnının yaranma tarixi barədə söhbət açıb.
Aparıcıların Azərbaycan mahnılarının
nədən bu dərəcədə cəlbedici
olması barədə
sualına cavabında
P.Bülbüloğlu bildirib
ki, muğam, aşıq yaradıcılığı
və müasir ritmlərin sintezi nəticəsində əsl
musiqi sənəti nümunələri yaranıb.
Verilişin sonunda “Eurovision-2010” mahnı müsabiqəsində
Rusiyanı təmsil etmiş Pyotr Naliçin ansamblının
ifasında “Mən bir qıza rast
gəldim” mahnısı
səslənib.
Mədəniyyət.- 2011.-
2 mart.- S. 5.