Kulinarlarımız
beynəlxalq festivaldan
9 medalla qayıdıb
Azərbaycan Milli Kulinariya Mərkəzi
Türkiyədə keçirilən beynəlxalq kulinariya
çempionatında 9 medal qazanıb. Naxçıvan Kulinariya
Mərkəzinin direktoru Səyyarə Sadıxovanın verdiyi
məlumata görə, çempionatda Azərbaycanı
«Naxçıvan» və «Qarabağ» komandaları təmsil
ediblər. Azərbaycanlı kulinarların bacarıqları və
milli yeməklər münsiflər heyəti tərəfindən
yüksək qiymətləndirilib. Milli komandamız
çempionatda 5 gümüş, 4 bürünc medalla
yanaşı, 6 sertifikat da əldə edib. Festivalda Azərbaycan
nümayəndə heyəti Naxçıvan və Qarabağ
bölgələrinə xas milli etnik mətbəximizi
nümayiş etdiriblər. Yarışda 22 ölkənin
kulinarları öz ölkələrinin mətbəxini təqdim
ediblər. Qeyd edək ki, «Naxçıvan» Kulinariya Mərkəzi
2010-cu ildə, «Qarabağ» Kulinariya Mərkəzi isə bu ilin
əvvəlində yaradılıb.
Mədəniyyət.-
2011.- 2 mart.- S. 4.