Uşaq yeniyetmə filmləri: tələb və təklif

 

   Uşaqlar bizim gələcəyimizdir. Sağlam gələcəyimizin təminatı isə uşaqları düzgün tərbiyələndirməkdən başlayır. Tərbiyələndirmə, maarifləndirmə funksiyasını üzərinə götürən sahələrdən biri də incəsənətdir. Xüsusən audiovizual sənət sahələrinə marağın artdığı bir dövrdə kinonun uşaq psixologiyasına təsiri danılmazdır.

  

   Bəs elə isə bu gün uşaq və yeniyetmələr daha çox hansı ekran əsərlərinə baxırlar? Nəzərə alaq ki, son dövrlər Azərbaycanda uşaq və yeniyetmələr üçün filmlər az çəkilir. Bu xüsusda əsasən yeni qısametrajlı filmlərə rast gələ bilərik. Belə olan halda uşaqlar da telekanallarda əsasən xarici filmləri izləməli olurlar.

   Bakı şəhəri 34 saylı məktəbin 7-ci sinif şagirdləri ilə də bu mövzuda söhbətləşdik.

  

 

   Uşaqlarımız nəyə baxır?

  

   Elnaz Sultanova:

   - Boş vaxtım olanda maraqlı film izləməyi xoşlayıram. Daha çox Hollivud filmlərinə üstünlük verirəm. Bundan əlavə, türk televiziya kanallarında uşaq və cizgi filmlərini seyr edirəm. Özümüzə gəldikdə isə, yeni filmlərimiz az olduğundan əsasən köhnə filmlərimizə baxıram. İstərdim ki, tariximizi, ədəbi əsərlərimizi əks etdirən filmlər çəkilsin. Milli filmlərin az olması müəyyən mənada tərbiyədə özünü göstərir. Başqa ölkənin tarixini, fərqli mədəniyyəti, adət-ənənələri mənimsəmiş oluruq.

  

   Nurlan Nəbiyev:

   - Xarici dil bilmirəm. Buna görə də ancaq dublyaj olunmuş və türk dilində filmlər seyr edirəm. Yerli uşaq filmləri çox olsa, biz bu filmlərə baxarıq. Türkiyə kanallarına o qədər baxırıq ki, axırda danışanda da Türkiyə türkcəsi sözlərindən istifadə edirik. Baxdığımız filmlərdən sitatlar gətiririk. Hər filmə baxanda mən onun qəhrəmanı olmaq istəyirəm.

  

   Səkinə Mustafayeva:

   - Cizgi filmlərinə çox baxıram. Yerli filmlərdən “Mozalan” satirik kinojurnalını xoşlayıram. Filmlərə sinif yoldaşlarımla birgə baxmağı çox istərdim. Təəssüf ki, məktəbdən bizi kinoya aparmırlar. Tariximizi, adət-ənənələrimizi göstərən filmlər seyr etmək istərdim.

  

   Kənan Ağazadə:

   - Dünya sirlərini dəqiqliyi ilə göstərən filmləri seyr etməyi xoşlayıram. Həmçinin qəhrəman obrazları məni daha çox cəlb edir. Ona görə bu səpkidə istənilən filmə böyük maraqla baxıram. Türk telekanallarında göstərilən cizgi filmlərini, bədii filmləri izləyirəm.

  

   34 saylı məktəbin praktik psixoloqu Mehriban Həsənova da filmlərin uşaq psixologiyasına böyük təsiri olduğunu deyir:

   - Kiçikyaşlılara maarifləndirici filmlər, cizgi filmləri nümayiş olunmalıdır. Yeniyetməlik isə uşaqlarda özlərini tanıma dövrüdür. Onları gəncliyə hazırlamalıyıq. Bu yaşda onlar həyati reallıqları düzgün anladan filmlərə baxmalıdırlar. Uşaqlarda filmin qəhrəmanı ilə özünü eyniləşdirmə prosesi baş verir. Yaxşı olar ki, bu eyniləşdirməni milli qəhrəmanla etsinlər, milliliyi də düzgün istiqamətləndirmək lazımdır. Bu xüsusda milli filmlərimiz, animasiyalarımız olduqca azdır. Vətənpərvərlik uşaq yaşlarından başlayır. Nəinki filmlər, hətta kompyuter oyunları da vətənpərvərlik ruhunda olmalıdır.

   Filmləri valideynlər nəzarətdə saxlamalıdır. Öncə özləri baxıb sonra uşaqlara göstərməlidirlər.

   İkinci mühüm məsələ dil problemidir. Buna görə televiziyada nümayiş olunan, dublyaj olunmuş xarici uşaq filmlərinə nəzarət olmalıdır. Emosional cəhətdən zəif olan uşaqlara xüsusi diqqət tələb olunur. Vəhşilik, amansızlıq təlqin edən filmlərə qadağa qoymaq lazımdır. Çünki formalaşmamış psixologiya üçün həmin kadrlar aqressiya, yuxusuzluq, əsəbilik yaradır. Bəzən isə uşaqlar filmdə olanları həyata keçirməyə çalışırlar.

  

   Mövzuya dair kino işçilərinin münasibətini öyrənməyə çalışdıq. Kinodramaturq Natiq Rəsulzadə uşaq mövzusunda ssenari yazmağın məsuliyyətindən danışdı:

   - Mövzudan asılı olmayaraq ssenari sifariş olunmalıdır. Elə-belə ssenari yazılmaz. Ssenari ya rejissor üçün yazılmalı, ya da rəsmi qurum tərəfindən sifariş olunmalıdır. Bu səpkidə sifarişlər hələ ki, yoxdur. Uşaq filmləri üçün ssenari ya kitab yazmaq çətindir. Lev Tolstoyun belə sözü var: “Uşaqlar üçün böyüklərə yazdığınız kimi yazın, lakin qat-qat ondan səviyyəli”. Azərbaycan kinosunda bu mövzuda yazan ssenaristlər azdır.

   Bu xüsusda rejissorların üzərinə böyük məsuliyyət düşür. Azyaşlı ilə çəkiliş meydançasında işləmək çətindir. Uşaq psixologiyasını istədiyini almaq üçün onunla cür hərəkət etməyi bilməlisən.

  

   Gənc kinorejissor Nəsimi Əliyev problemin səbəbini ssenarist, rejissorlarda görür:

   - Mən uşaqlarla bağlı bir neçə film çəkmişəm. İlk ekran əsərimSkripkaçısənədli filmi (1999) olub. İkinci sənədli film (“Bir ovuc günəş”) qaçqın çadırlarında yaşayan, rəqslə məşğul olan uşaqlar haqda idi. 2009-cu ildə “Bu meydan, bu ekranmüsabiqəsi çərçivəsindəSaatfilmini çəkdim.

   Bu işdə prodüserlərin üzərinə böyük vəzifə düşür. Bu cür filmlərdə prodüserlər kommersiya maraqlarından daha çox sənətə önəm verməlidirlər.

   Bəziləri deyir ki, uşaq filmi çəkmək üçün uşaq psixologiyasını öyrənmək lazımdır. Ancaq məncə, insan psixologiyası cəmiyyəti öyrənmək lazımdır. Uşaq dünyasından deyil, cəmiyyət prizmasından uşaq filmləri çəkməliyik. Biz 10-15 il sonrakı cəmiyyətimizin üzvlərini hazırlamalıyıq. Uşağı sərbəst düşüncə tərzinə öyrətməliyik, vətənpərvərliyi tərbiyə etməliyik.

   Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bu sahədə məsələnin həlli üçün işlərin aparıldığını bildirdi:

   - Hazırda uşaq filmləri az çəkilir. Animasiya, cizgi filmləri sahəsində isə gedir. 3D formatlıCırtdan Təpəgözanimasiyası, nağıl musiqi janrındaOnun ürəyi” (ssenari rejissor Samir Kərəmoğlu, musiqisi Vüqar Camalzadə) filmiSalnaməkinostudiyasında çəkilib.

   Son illər keçirdiyimiz “Bu meydan, bu ekranmusabiqəsində uşaq mövzusuna üstünlük verilir. Amma danılmaz həqiqətdir ki, bu mövzuda film çəkilməsi, ssenari yazılması çətin məsuliyyətlidir. Əlbəttə, Hollivud istehsalı olanHarri Porter” kimi film çəkməyə bizim yaradıcı, texniki imkanımız var. Amma uşaqlarımızı milli folklorumuzun mayasında tərbiyələndirmək üçün mütləq tammetrajlı bədii uşaq-yeniyetmə filmləri çəkməliyik. Folklora müraciət etdikdə xalq nağılları yeni formada işlənilməlidir. Çünki zaman dəyişib, uşaq psixologiyası da dəyişib. Bu mövzuda çəkilən film xüsusi diqqət tələb edir.  

 

 

  Problemin həlli üçün edilməlidir?

  

   Mehriban Həsənova (psixoloq):

   - 15-20 il öncə kinoteatrlarda uşaqlar üçün seanslar olurdu. Müəllimlər uşaqları kinoya, teatra aparırdı. Əvvəllər kinoteatrlar proqram haqda məktəbə məlumat verirdilər. Bu sahədə güclü maarifləndirmə işi aparılmalıdır. Kinoteatrlarda nümayişlər təşkil olunmalıdır. Məktəb həyatı ilə, ilk məhəbbətlə, bayramlarla, adətlərimizlə bağlı filmlər nümayiş olunmalıdır. Nəinki filmlər, uşaqlara həsr olunmuş kliplər çəkilməlidir.

  

   Natiq Rəsulzadə (kinodramaturq):

   - Uşaq filmləri çəkən peşəkar rejissorlar yetişməlidir. Azərbaycan kinosunda belə rejissorlara ən böyük örnək kimi Şamil Mahmudbəyovun adını çəkmək istərdim..

   Bu sahədə ssenari yazmaq yüksək peşəkarlıq tələb edir. Universitetdə dərs verdiyim tələbələrə bunu aşılamağa çalışıram.

  

   Nəsimi Əliyev (kinorejissor):

   - Problemin həlli üçün daha genişmiqyaslı layihələr həyata keçirilməlidir. Uşaq bazası, uşaq kino mərkəzi ya uşaq əyləncə mərkəzi olmalıdır ki, həmin yerlərdə uşaqlar üçün film ya cizgi film nümayişləri təşkil olunsun. Niyə məktəbdə hər hansı uşaq filmi göstərib yaradıcı kollektivlə görüşlər keçirilmir? Təbliğat aparılmır? Uşaq filmi ərsəyə gətirən rejissor ssenaristlərin olmaması fikrini isə qəbul etmirəm. Məncə, yaradıcı insana yaradıcı mühiti yaratmaq daha vacib amildir.

  

   Yusif Şeyxov (Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri):

   - Ümumiyyətlə, uşaq kinosu üzrə rejissor, dramaturq hazırlayan xüsusi məktəb yoxdur. Dünya kinosunda da belə təcrübə yoxdur. Bunun üçün Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov doğulmaq lazımdır. Sərəncamla, göstərişlə yaxşı film çəkmək mümkün deyil. Kino yaradıcı prosesdir. Daxili tələbat olmalıdır.

   İndi az da olsa belə, bu mövzuda ssenarilər təqdim olunur. Lakin onların səviyyəsi imkan vermir ki, rejissora təqdim olunsun.

   Mədəniyyət Turizm Nazirliyi olaraq bu xüsusda uşaq filmləri üçün ssenari müsabiqəsinin keçirilməsini vacib sayırıq. Bu cür müsabiqələr inkişafa təkan ola bilər. Sovet dövründə belə bir məcburiyyət var idi. İki ildən bir hər kinostudiya mütləq uşaq filmi çəkməli idi. Ancaq indi belə bir tematik məhdudiyyət yoxdur. Bu o demək deyil ki, Mədəniyyət Turizm Nazirliyi bu sahədə maraqlı deyil. Əksinə bu sahədə axtarışlar aparılır ümidvaram ki, istedadlı gənclər maraqlı layihələrlə bizə müraciət edəcəklər.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2011.- 11 mart.- S. 11.