Turizm İnstitutunun ekspert qrupu Almaniyaya səfər edib
«Turizmdə geoinformasiya sistemlərinin tətbiqi» layihəsi müzakirə olunur
Martın 6-da
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun
rəhbərliyi ilə
institutun ekspert qrupu Almaniyaya səfərə gedib.
ATİ-nin
prorektoru Eldar Aslanovun sözlərinə
görə, səfər
martın 13-dək davam
edəcək. Prorektor bildirdi
ki, Azərbaycan Turizm İnstitutu Almaniyanın Yade Universiteti ilə birlikdə Azərbaycanın
qərb bölgəsində
«Turizmdə geoinformasiya
sistemlərinin tətbiqi»
layihəsini hazırlayır.
Layihə Gədəbəy rayonunda Simenslərə
aid olan irsi əhatə edir. Gədəbəy Rayon İcra Hakimiyyətinin
başçısı Kamran
Rzazadə, rayonun Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Fazilə Məmmədova da layihə hazırlığı
çərçivəsində Almaniyaya səfər edən nümayəndə
heyətində təmsil
olunur. Səfər çərçivəsində
Almaniyanın Yade Universiteti, Almaniyanın
Elm Fondu və bu ölkədə yerləşən «Siemens» təşkilatının
nümayəndələri ilə
müxtəlif görüşlər
keçiriləcək. Görüşlərdə məqsəd
«Turizmdə geoinformasiya
sistemlərinin tətbiqi»
layihəsinin son mərhələsini
müzakirə etmək
və aprel-may aylarında layihənin yekun variantını hazırlayıb müvafiq
tərəf-müqabilləri ilə tətbiq etməkdir.
E.Aslanov onu da bildirdi
ki, layihə uğur qazansa, ATİ-nin təşkilatçılığı
ilə yaxın bir neçə il ərzində Gədəbəy rayonunda
“Siemens” irsi əsasında
geoinformasiya sistemlərini
tətbiq etməklə,
böyük bir turizm kompleksi, turizm marşrutları və “Siemens” muzeyi yaranacaq.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 11 mart.- S. 8.