“Aşıq
Şəmşir, Dəlidağdan keçəndə...”
Martın 9-da Səməd Vurğunun ev-muzeyində Xalq şairinin sənət dostu olmuş aşıq Şəmşirə həsr edilmiş
“Aşıq Şəmşir, Dəlidağdan
keçəndə...” xatirə məclisi keçirilib.
Ev-muzeyinin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova bu məclisin baharda
keçirilməsinin təsadüf olmadığını bildirib: “Səməd Vurğun baharı çox
sevirdi”.
AMEA Nizami
adına Ədəbiyyat
İnstitutu direktorunun
müavini Məhərrəm
Qasımlı hər iki sənətkarın
Azərbaycan ədəbiyyatında
müstəsna mövqeyindən danışıb, onların
yaradıcılıqlarının gələcək nəsillərə
çatdırılmasının vacibliyini
qeyd edib.
Filologiya elmləri üzrə fəlsəfə
doktoru Aslan Salmansoy, şair İlyas Tapdıq Səməd
Vurğunun Aşıq
Şəmşirlə görüşünü
xatırlayıb və
bu görüşün
elə o andaca əbədiləşdiyini
söyləyiblər. Aşığın oğlu
Qəmbər Şəmşiroğlu
dillər əzbəri olmuş bu görüşdən
maraqlı xatirələr danışıb.
Əməkdar mədəniyyət
işçisi, aşıq
Ədalət Dəlidağlı və
aşıq Mehdi Məsimov
Səməd Vurğunla
aşıq Şəmşirin
deyişməsini oxuyublar. 126 nömrəli məktəbin şagirdləri böyük şairin şeirlərindən nümunələr
söyləyiblər.
Tədbirdə həmçinin
Q.Şəmşiroğlunun “Təknur“ nəşriyyatında çapdan çıxmış
“Tale oxşarlığı” kitabı təqdim
edilib. Müəllif atasının irsinə göstərdiyi diqqət
və qayğya görə
S.Vurğun fondunun direktoru Aygün Vəkilovaya
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin adından “Təşəkkürnamə” təqdim
edib.
Mədəniyyət.- 2011.- 11 mart.-
S. 6.