Opera və
Balet Teatrında «Min bir gecə»
Akademik Opera və Balet Teatrı
Fikrət Əmirovun iki pərdəli «Min bir gecə» baletini nümayiş etdirdi. «Min bir
gecə» nağıllarının
motivləri əsasında
hazırlanmış baletin
növbəti tamaşası
anşlaqla keçdi.
Tamaşaçıları
bir anlıq qədim Şərqə aparan bu möhtəşəm
baletdə Şəhrizad
rolunu Əməkdar
artist Rimma İsgəndərova,
şah Şəhriyar
rolunu Əməkdar
artist İslam İslamov,
Nuridə rolunu Tamilla Məmmədzadə,
Nuridənin sevimli qulunu Edvard Arazov,
dənizçi Sindbadı
Anar Mikayılov, Ələddin rolunu Dmitri Tarusov, gözəl Budur rolunu Elmira Mikayılova, Cadugər rolunu Əməkdar artist Samir Səmədov, Mərcanə
rolunu isə Əməkdar artist Alsu Qimadiyeva ifa etdi.
Balet tamaşasında Şəhrizadın şah
Şəhriyara min bir
gecə ərzində
söylədiyi bəzi
nağıllar təqdim
olunur. Bu nağılların
qəhrəmanları isə
gözəl, lakin köməksiz qızı
qaniçən Rux quşunun pəncəsindən
xilas etmək üçün döyüşə
atılan igid dənizçi Sindbad, gözəl Budura vurulan və onun uğrunda zalım cadugərlə vuruşan Ələddin, Əlibabanın qulluqçusu
- qırx quldur və onların təkgöz quldurbaşı
üzərində qələbə
çalan ağıllı,
hazırcavab Mərcanədir.
Qeyd edək ki, çoxsaylı
əcnəbi tamaşaçıların
da izlədiyi baletin quruluşçu baletmeysteri Əməkdar incəsənət xadimi Nailə Nəzirova, quruluşçu rəssamı
Xalq rəssamı Toğrul Nərimanbəyov,
xormeysteri Əməkdar
incəsənət xadimi
Sevil Hacıyevadır.
Tamaşanın dirijoru isə
Xalq artisti Cavanşir Cəfərovdur.
Gülər
Mədəniyyət.-
2011.- 11 mart.- S. 5.