«Akademik Milli Dram Teatrının foto-salnaməsi» təqdim olundu
Martın 9-da Akademik Milli Dram Teatrında iki kitabdan ibarət «Akademik Milli Dram Teatrının fotosalnaməsi»nin təqdimat
mərasimi keçirildi.
Mərasimdə çıxış edən teatrın direktoru İsrafil İsrafilov fotosalnamənin
teatr fədakarlarına
həsr olunduğunu bildirdi. Qeyd olundu ki, Mədəniyyət
və Turizm Nazirliyi və Milli Dram Teatrı tərəfindən hazırlanan
fotosalnamədə Azərbaycan
teatrının yarandığı
gündən bu günə kimi olan dövrdə teatrın tarixinə dair sənədlər, dövrü mətbuatdan götürülmüş informasiyalar
və nadir fotolar toplanıb. Salnamənin hazırlanmasında görkəmli tədqiqatçı
Qulam Məmmədlinin,
professor İlham Rəhimlinin
kitablarından, uzun müddət teatrda truppa müdiri işləmiş Əməkdar
mədəniyyət işçisi
Qürbət Qurbanovun
gündəliklərindən istifadə edilib.
Kitabın redaktoru Atababa İsmayıloğlu Azərbaycan
teatrının salnaməsinin
nəşrlərinin gələcəkdə
də davam edəcəyini dedi. Buraxılışa məsul, Əməkdar
mədəniyyət işçisi
Maqbet Bünyadov teatrın aparıcı qüvvəsi olan aktyorların fəaliyyətindən
danışdı.
Qeyd edək ki, kitabın hər cildinə görkəmli sənətkarların oynadığı
tamaşalardan audio-disklər
əlavə olunub.
Nəşrin layihə rəhbəri və ön söz müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, koordinatoru nazir müavini Ədalət Vəliyevdir. Salnaməni sənətşünaslıq namizədi Məmmədşah Atayev tərtib edib.
Gülər
Mədəniyyət.-
2011.- 11 mart.- S. 3.