Abdulla Şaiqin 130 illik yubileyi qeyd olundu
Martın 9-da Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Gənc Tamaşaçılar Teatrında
Azərbaycanın görkəmli
ədibi, maarif və mədəniyyət
xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə
mədəniyyət və
turizm naziri Əbulfəs Qarayev, AMEA-nın və Azərbaycan Yazıçılar
Birliyinin məsul şəxsləri, Azərbaycanın
elm və mədəniyyət
xadimləri, Abdulla Şaiqin
tədqiqatçıları, ali məktəblərin
professor və müəllimləri,
tələbələr iştirak
edirdilər.
Əvvəlcə Abdulla Şaiqin
həyat və yaradıcılığına həsr
olunmuş videoçarx
nümayiş etdirildi.
Yubiley tədbirini giriş
sözü ilə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev açaraq A.Şaiqin həyat və yaradıcılığı
haqqında danışdı.
Ədibin Azərbaycan ədəbiyyatına
xidmət edən bütöv bir nəslin müəllimi olduğunu diqqətə çatdıran natiq bildirdi ki, xalq
ədəbiyyatını, aşıq
sənətini dərindən
bilən, uşaq dünyasına yaxşı
bələd olan sənətkarın yaradıcılığında
bu cəhətlər özünü qabarıq
şəkildə büruzə
verir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar ədibin şəxsiyyəti, həyat
və yaradıcılığı,
bədii və elmi irsi haqqında
danışdılar. Qeyd olundu
ki, özünəməxsus
yaradıcılıq üslubu
olan A.Şaiq ədəbiyyatımıza bir-birindən
maraqlı bədii əsərlər bəxş
edib. Onun ədəbi irsi
bu gün də oxucular tərəfindən maraqla
qarşılanır.
Tədbirdə həmçinin yubiley
münasibətilə nəşr
olunan “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabının təqdimatı
oldu. Mərasimdə
ədibin müxtəlif
janrlı əsərləri,
şeirlərinə yazılmış
musiqi nümunələri
təqdim edildi, Gənc Tamaşaçılar
Teatrının hazırladığı
“Qaraca qız” tamaşasından, Milli
Dram Teatrının artistlərinin
ifasında “Eloğlu”
dramından səhnələr
göstərildi. Tədbirdə Abdulla Şaiqin vaxtilə qadağan olunmuş əsərlərinin,
türkçülük, vətənpərvərlik
mövzulu və lirik şeirlərinin ifası maraqla qarşılandı.
C.Zərbəliyev
Mədəniyyət.-
2011.-11 mart.- S. 3.