“Buta”nın
təqdimatı keçirildi
Martın
12-də “Azərbaycan” kinoteatrında "Buta" bədii
filminin təqdimatı keçirildi. Mədəniyyət və
Turizm Nazirliyinin C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının və "Butafilm" prodüser mərkəzinin
birgə istehsalı olan "Buta" filminin rejissoru İlqar Nəcəfdir.
Tədbiri giriş sözü ilə
açan Mədəniyyət və Turizm Nazirliyinin
Kinematoqrafiya şöbəsinin müdir müavini
Müşfiq Hətəmov son illər Azərbaycanda
kinematoqrafiyanın inkişaf yolunda olduğunu vurğuladı:
“Filmlərimiz bir çox beynəlxalq festivallarda iştirak
edir. “Buta” filmi Azərbaycanda son dövr çəkilən
filmlər arasında yeganə poetik filmdir”.
Daha sonra filmin rejissoru İlqar Nəcəf
yaradıcı heyəti tamaşaçılara təqdim etdi. Qeyd
edək ki, filmin ssenari müəllifi də İlqar Nəcəfdir.
Ekran əsərinin quruluşçu operatoru Georgi Beridze,
quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı
Cavanşir Quliyev, prodüserləri Xamis Muradov və İlqar
Nəcəfdir. Baş rolları Rafiq Əzimov, Tofiq Əliyev,
rollarda Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva,
Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım
Daşdıyeva, Süleyman Nəcəfov və
başqaları ifa edib. Filmdə insanlar arasında olan
münasibətlər, səmimi duyğular, dostluq, sevgi hisslərinin
ümumiləşdirilmiş ideyası önə çəkilib.
Yeganə
Mədəniyyət.- 2011.- 16 mart.-
S. 5.