Gəl-gəl, a yaz günləri...
Baharın gəlişi dünyanın
müxtəlif ölkələrində
rəngarəng bayramlarla
qeyd olunur
Azərbaycan da daxil olmaqla, Şərq xalqlarının
bir çoxunun qeyd etdiyi Novruz
bayramının əsas
mahiyyəti gecə ilə gündüzün bərabərləşməsi, yeni astronomik ilin başlanması, qışın yola salınıb, yazın qarşılanmasıdır. Bahar
bayramı, yazın qarşılanması mərasimi,
bununla bağlı müxtəlif ayinlər, adət-ənənələr isə
dünyanın müxtəlif
ölkələrində, təbii
ki, fərqli adlarla qeyd olunur.
Məsələn,
Avropa xalqlarının
(xristianların) Pasxa
(İsa peyğəmbərin
zühuru, dirilməsi)
bayramı, dini mahiyyətli olsa da, müəyyən mənada Novruzu xatırladır. Bu bayramda
da bayram süfrəsi zəngin olur. İnsanlar bir-birinə boyanmış
pasxa yumurtası bağışlayırlar. Pasxa
axşamı insanlar kilsələrin həyətində
toplaşır, kütləvi
gəzintiyə çıxırlar.
Bu zaman onlar müxtəlif oyunlar oynayır, xorla oxuyur, uzun müddət
şənlənirlər. Arzu,
dilək isə yeni yazın bolluq, bərəkət gətirməsidir.
«Maslenisa»
Rusiyada ta qədimdən qeyd olunan «Maslenisa»
(pəhriz bayramı) da yazın gəlişi
ilə bağlıdır.
“Yağ-pendir həftəsi”
xalq bayramları silsiləsindən olan bu bayram Rusiyada
bütpərəstlik dövründən
qalıb. Bayram zamanı həyata keçirilən mərasimlər
qışın yola salınması, yazın qarşılanması ilə
bağlıdır. Bayram
yazın qış üzərində qələbəsini
simvollaşdırır. «Maslenisa»
adının mənası
isə belədir: pravoslav xristianlarda “Böyük orucluq”dan (“Velikiy post”, ayyarım davam edir, Pasxa
bayramı ilə başa çatır) bir həftə öncə yeməklərin
hazırlanmasında kərə
yağından, süd
məhsullarından və
balıqdan istifadəyə
icazə verilir. Pravoslav kilsə təqvimində bu dövr “Yağ-pendir həftəsi” adlanır.
«Maslenisa»nın başlanma tarixi hər il “Böyük orucluğ”un başlamasından
asılı olaraq
(2011-ci il üçün
7 mart - 24 aprel) dəyişir.
Bu bayramın mərasimləri
olduqca rəngarəngdir.
Yeni dövrün başlanmasını simvollaşdıran
elementlərdən biri
də qışın
müqəvvasının yandırılmasıdır.
Bu kimi mərasimlərlə
qış yola salınır, yaz qarşılanır. Yazın
gəlişinin bir əlaməti də torpaqların əkilməsi
və mal-qaranın məhsuldarlığıdır. Qədim rus (slavyan) inanclarına görə, “Maslenisa” müqəvvasını yandırılması
və külünün
torpağa qarışması
gələcək məhsuldarlığın
rəmzidir. Əski təsəvvürə görə,
onların insanların
əcdadları torpaqdadır
və ona görə də onlar bu yolla
torpaqların məhsuldarlığına
təsir edə bilərlər. “Maslenisa» bayramında yağlı qutabların (blinçik) bişirilməsi, qəbirlərin
ziyarət olunması və s. ayinlər də icra olunur.
Komediça
Holi və Vişu
Hər il fevral-mart aylarında Hindistanda Holi adlı bahar bayramı keçirilir. Bu, qədim ənənələrlə, əfsanələrlə
bağlıdır. Təbiət
oyanmağa başlayarkən
insanlar yazın gəlişini qeyd edirlər. Hesab olunur ki, yazın
gəlişi təmtəraqla
qeyd olunarsa, həmin il bolluq-bərəkət
olar. Holi bayramında insanlar tonqal qalayır, pis ruhların müqəvvalarını yandırır,
ellikcə gəzintiyə
çıxır, rəqslər
edirlər. Bayramda çoxlu şirniyyat bişirilir. Bu bayram Hindistandan kənarda da hindlilər tərəfindən qeyd olunur.
Hindlilərin yeni il bayramı
Vişu adlanır.
Sanskrit tərcüməsinə görə, vişu «bərabər» mənasını
verir. Qriqorian təqvimində isə Vişu 14 aprel ilə üst-üstə düşür. Hind astrologiyasına
görə, həmin gün günəş balıq və qoç işarələrinə
keçir. Vişu yeni ilin ilk günüdür.
Bayram ərəfəsində
bütün yemək hazırlıqları ailənin
yaşlı qadınları
tərəfindən axşama
qədər görülüb
qurtarır. Vişu günündə ailə günəşin çıxması
həyəcanı ilə
gözləri qapalı
səcdəgah otağına
gedirlər. Sonra
«Ramayana»dan mətnlər
oxunur. Hindlilər inanırlar ki, bu kitabın vərəqlərini açmaq
başlayan ilin hadisələrindən xəbər
verir. Həmin gün insanlar yeni paltarlar geyinir və ailənin böyük üzvü öz uşaqlarına və qulluqçularına pul verir. Bayramda masanın üzərinə
şirin, turş, acı yeməklər bərabər şəkildə
düzülür.
Seçubun
Yaponiyada yazın gəlişi münasibətilə qeyd olunan bayram Seçubun
(mövsümlərin bölünməsi)
adlanır. Bu, faktiki olaraq Yaponiyanın Ay təqvimində Yeni il bayramıdır. Bu bayram fevralın 3-də qeyd olunur və
yazın gəlişi
ilə bağlı olan xaru-maçuri festivalının bir hissəsini təşkil edir. Bayram şər
qüvvələrin qovulması
ilə də bağlıdır. Bunun üçün soya lobyalarından istifadə olunur. Qızardılmış
soya lobyaları evdə
adətən kişilərə
atılır. Bu ayin «mamemaki» adlanır və maqik ifadələr
işlədilir: «Şeytan
rədd ol!», «Xoşbəxtlik evə gəl!»
Tarixi bayram Kansay regionuna
aiddir. Hazırkı zamanda soya lobyası
hərdən yer fındığı ilə
əvəz olunur.
Sinmin
Çində isə Novruza oxşayan bayrama Sinmin deyirlər. Bu bayram aprelin əvvəlində qeyd olunur. Həmin vaxt insanlar şəhər
və kənd ətrafına gəzintiyə
çıxır, çərpələng
uçurdur, baharın
gəlişini qeyd edirlər. Mərkəzi Çində Sinmin bayramında sırf qadınların yeyəcəyi
boranı soyutması bişirilir. Hesab olunur ki, bunu
yeyən qadınlar oğlan doğacaqlar. Novruz kimi, Sinmində
də bayramın mühüm atributlarından
biri boyanmış yumurtadır.
Yaz bayramı Çində Ay
təqvimində ənənəvi
yeni il bayramıdır.
Müasir dövrdə
bu bayramın qloballaşması müşahidə
olunur. Bu tədbirlər
Asiya, Avropa, Afrika, Amerika və Okeaniyanın 60-a yaxın ölkəsində
qeyd olunur. Onlar təkcə dünyanın müxtəlif
yerlərində bayram
atmosferi təşkil etmirlər, eyni zamanda çinlilərin yeni il sevincini
başqa xalqlara nümayiş etdirmək, bölüşmək arzusunu
nümayiş etdirirlər.
Onlar bunu edərkən Çin konsepsiyasına əsaslanırlar:
harmoniya, qarşılıqlı
anlayış, birgə
tərəqqi. Yaz bayramının dünyanın
müxtəlif yerlərində
qeyd olunması populyarlaşıb. Yeni əsrin başlanğıcında
bu bayramın qeyd olunmasına daha çox ölkələr diqqət
yetirir.
Ağac əkilməsi günü
Bir sıra ölkələrdə
yazın gəlişi
ilə bağlı “Ağac əkilməsi günü” qeyd olunur. Çində ağac əkilməsi günü rəsmi yaz bayramıdır. Hər il martın
12-də ölkədə kütləvi
yaşıl plantasiyaların
salınması keçirilir.
Maraqlıdır ki, ağac əkilməsi günü Amerika şəhəri Nebraskda da var. Rəsmi gün 1972-ci ildə tanınmış siyasətçi
və ABŞ-ın kənd təsərrüfatı
naziri Sterlinq Morton tərəfindən təyin
olunub. Hazırda ağac əkilməsi bir çox ölkələrdə müxtəlif
mövsümlərdə qeyd
olunur.
Mehparə,
Fəxriyyə
Mədəniyyət.-2011.-
18 mart.- S. 13.