Vaqif Mustafazadənin xatirəsi anılıb

 

   Martın 16-da Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin ev-muzeyində görkəmli musiqiçinin anadan olmasının 71 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən muzeyin direktoru Afaq Əliyeva görkəmli pianoçu və bəstəkar Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışdı, onun əsərlərinin bütün dövrlərdə maraqla qarşılandığını vurğuladı. Sonra Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi və K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 18 mart.- S. 4.