Novruz
milli-mənəvi dəyərlərimizin təcəssümüdür
Azərbaycan
xalqının tarixin qədim qatlarında yaratdığı,
dilimizi, zəngin folklorumuzu özündə yaşadan Novruz
bayramı xalqımızın milli-mənəvi irsini
özündə təcəssüm etdirir. Novruz yeni
günün, yeni arzuların, milli ruh və duyğuların
bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili
münasibətləri tənzimləyən, insanlar arasında
səmimiyyəti, dialoqu önə çəkən yüksək
dəyərləri ehtiva edir.
Novruz ənənələrinə
görə, bayram günü küsülülər
barışar, hətta qan intiqamını da yaddan
çıxarardılar. Bu dəyərlər geniş mənada
təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr
arasında anlaşmanı, sülhü təcəssüm
etdirir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri
ilə yanaşı, sülh və barış kimi bəşəri
dəyərlərin təcəssümü olaraq dünyaya
tanıtmaq, təbliğ etmək çox vacibdir.
Azərbaycan xalqı Novruzu tarixən,
hətta ayrı-ayrı dövrlərdə ortaya
çıxmış məhdudiyyətlərə rəğmən,
milli coşqu ilə qeyd edib. Ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra bu coşqunun miqyası daha da
genişləndi, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan
Respublikasının bayramları haqqında" Qanunla Novruz
dövlət bayramı kimi təsbit edildi.
Novruz şənliklərində
ölkə rəhbərliyinin şəxsən iştirak etməsi
bayram təntənələrinə əlavə rəng
qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət
münasibətlərinə müsbət təsir edir, tarixi
irs və ənənələrin ümumxalq atmosferində,
milli bərabərlik içində
yaşadığını göstərir. Azərbaycanda
Novruz günlərində bu cür ümumxalq
bayramlaşmasının ənənəsini böyük
öndər Heydər Əliyev qoyub. O, Novruz təbriklərində
bu bayramın milli-mənəvi dəyərlərin təcəssümü
kimi önəmini xüsusi qeyd edərdi: “Xalqımızın
saysız-hesabsız milli-mənəvi dəyərləri var və
biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin,
milli-mənəvi dəyərlərin içərisində ən
yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram
bizim adət-ənənələrimizi əsrlər boyu
yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də
bizi birləşdirir, daha da həmrəy edir».
Bu nəcib ənənə indi də
davam edir. Novruz bayramını hər il ailə üzvləri
ilə birlikdə xalqla bir arada qeyd edən prezident İlham Əliyev
öz çıxışlarında tarixi irs və
çağdaşlığın, milli ruh və bəşəri
dəyərlərinin üzvi sintezinin zəruriliyini daima
vurğulayır: «Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə,
milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı
təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan
xalqı daim öz milli köklərinə bağlı xalq
olmuşdur və bizim gələcək uğurlarımız
da məhz bu amillərlə bağlıdır. Biz tarixi
irsimizin, zəngin mədəni irsimizin əsasında
müasir, güclü Azərbaycan qururuq».
Mədəniyyət.-
2011.- 18 mart.- S. 3.