Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
1924-cü il sentyabrın 1-də
H.Z.Tağıyev vəfat edəndə M.Ə.Rəsulzadə
qürbətdə, N.Nərimanov Moskvada idi. Sentyabrın 4-də
millət atasının dəfn mərasimində Mir Cəfər
Bağırov iştirak etmişdi.
Nəriman Nərimanovdan sonra
H.Z.Tağıyevin ən böyük qədirşünası
da odur. Repressiya illərində qəbrini qoruyub
saxlamış, biçarə qızı Sara xanım
müharibə illərində Bakıya qayıdarkən onun
Maarif Nazirliyində təlimatçı vəzifəsində
işləməsini təmin etmişdi.
Qəribədir, bu dörd tarixi
şəxsiyyətə - Tağıyev, Rəsulzadə, Nərimanov
və Bağırov hələ də layiq olduqları qiyməti
almayıblar. Diqqət yetirin, ASE-nin doqquzuncu cildinin nəşrindən
altı il keçmiş, 1992-ci ildə Nəriman Nərimanovun
"Ucqarlarda inqilabımızın tarixinə dair
(İ.V.Stalinə məktub)" kitabının müqəddiməsində
deyilirdi: "Stalin, Beriya, Bağırov və bu dəstənin
digər üzvləri adamları döyür, məhv edir,
tapdalayır, ömürlük şikəst edirdilər".
İyirminci yüzilliyin
sonlarında Bağırovu "adamları döyən, məhv
edən, tapdalayan, ömürlük şikəst edən"
kimi təqdim edən Azərbaycanın vəzifəli akademik və
tarixşünaslarının məqsədi qaranlıqdır:
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu
1919-20-ci illəri tariximizdən silmək, 1918-ci ildə azərbaycanlılara
qarşı bolşevik-daşnak qətliamını pərdələmək
istənilir. Nə yaxşı, hər bir zaman olduğu kimi,
doxsanıncı illərdə də haqqı tapdalamayan şəxsiyyətlərimiz,
tarixçi-tədqiqatlarımız mərdanə və cəfakeş
soydaşlarımız olmuş və vardır. Mir Cəfər
Bağırov dövründə nə Şaumyana, nə də
digər "26-lar"a Bakıda əzəmətli heykəllər
ucaldılmayıb, ev-muzeyləri yaradılmayıb. Çünki
1917-20-ci illərdə şaumyanların, mikoyanların və
digər daşnakların xalqımıza qarşı törətdikləri
cinayətlərlə o bilavasitə
ATAXAN PAŞAYEV - 1918-ci il iyul
ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin Gəncədə keçirilən
iclasında azərbaycanlılar və onların əmlakı
üzərində zorakılıq hallarını təhqiq etmək
üçün fövqəladə təhqiqat komissiyası
yaratma haqqında məsələ müzakirə olunmuşdur.
Məruzə ilə çıxış edən xarici işlər
naziri Məmmədhəsən Hacınski bildirmişdir ki,
"artıq 4 aydan çoxdlur ki, Azərbaycan ərazisinin
müxtəlif bölgələrində bolşevik adı ilə
məsuliyyətsiz erməni hərbi hissələri (bu hissələrin
tərkibində Azərbaycan bolşeviklərinin birinci
qurultayının nümayəndələri də vardı -
T.Q.) və başqaları mülki müsəlman əhalisinin
həyatı və əmlakına qarşı edilməmiş
vəhşiliklər törədirlər. Eyni zamanda, həmin
quldur dəstələri tərəfindən göndərilən
yalan məlumatlar əsasında Avropa ölkələrində
bütün ictimai fikir tamamilə əks istiqamətə, azərbaycanlılara
qarşı yönəldilir". Hacınskinin təklifinə
görə, Fövqəladə Təhqiqat Komissiyasının
işinin nəticələri başlıca Avropa dillərində
- rus, fransız, alman dillərində də elan edilməlidir.
1918-ci il avqust ayının 31-də
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri və
xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən
imzalanmış qərara əsasən Fövqəladə
komissiyanın 7 nəfərdən ibarət tərkibi təsdiq
olundu. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov
təyin edildi. 1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov
xarici işlər nazirinə yazdığı məktubunda
bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə
heyətinə təqdim etmək üçün Bakı, Quba
və Şamaxı şəhərlərində,
Göyçay, Cavad, Şamaxı və Quba qəzalarında
müsəlmanlara qarşı ermənilər tərəfindən
törədilmiş vəhşilikləri əyani şəkildə
sübut edən məlumatlar nazirliyə göndərilir. Bu məlumatda
qeyd edilirdi ki, Lənkəran qəzası polkovnik Avetisovun
quldur dəstələri tərəfindən, Cavad qəzasının
bir hissəsi polkovnik İllarionoviç başda olmaqla ruslar tərəfindən,
İrəvan quberniyasında, Gəncə quberniyasının
Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzasında
böyük dağıntılar törədilib, azərbaycanlı
əhali ucdantutma məhv edilir. Komissiya tərəfindən
xaricə yollanacaq nümayəndə heyətinə əşyayi-dəlil
kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və
95 ədəd fotoşəkil təqim olunmuşdu.
Fövqəladə Təhqiqat
Komissiyası azərbaycanlılara qarşı zorakılıq
hallarının günahkarlarını istintaqa cəlb etməyə
başlayan kimi ermənilər Bakıda Erməni Milli
Şurası və "Daşnaksütyun"
partiyasının parlament fraksiyası günahkarları
müdafiəyə başlamışlar. (Erməni Milli
Şurası bu gün Ermənistanda "Erməni Milli
Konqresi" adı ilə, "Daşnaksütyun" isə
öz adı ilə Azərbaycan türklərinə
qarşı haqsızlığı müdafiə edirlər -
T.Q.) 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının
Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinə
göndərdiyi məktubunda deyilirdi ki, avqustun 18-də
Bakıda Telefonnaya küçəsində Şamaxı şəhəri
sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok
İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər.
Həbs olunanlar Şamaxıda ən nüfuzlu adamlardır,
Şamaxı şəhər dumasının üzvləridirlər.
Gülbəndiyants Şamaxı şəhər
poçt-teleqraf kontorunun rəisi, Arzumanov Şamaxı erməni
kilsəsinin hamiktikoru, İvanyants isə məşhur tacirdir.
Fövqəladə Təhqiqat Komissiyası 1920-ci il Aprel
çevrilişinə qədər fəaliyyət göstərmişdir.
Sovet hakimiyyəti illərində
Erməni Milli Şurasının və
"Daşnaksütyun"un liderləri "bolşevik"
donunda uzun müddət cəzasız qalaraq, Azərbaycanda
"yağlı" vəzifələrdə
çalışmışlar. Amma Mir Cəfər
Bağırov qətlə yetirilmiş soydaşlarımızın
intiqamını almağı bacarmışdır.
Arxiv qovluqlarında istənilən
qədər belə faktlara rast gəlmək olar. Elə
qardaşına "əclaf" deməklə
M.C.Bağırovun daşnaklara nifrət dolu ürəyinə
yol tapmağa çalışan, Gülbəndiyantsların,
Arzumanovların, İvanyantsların, Lalayanların,
Mikoyanların cərgəsində olmuş Tevodoros Mirzabekyan
daşnak kimi güllələnmişdir. Mirzabekyanların
"nüfuzlu şəxslər" olduğunu qüvvədə
saxlamaq istəyənlər də M.C.Bağrovun sərt
münasibəti ilə üzləşmişlər.
Azərbaycan Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində
"Azərbaycan K(b)P Mərkəzi Komitəsi Bürosu
(17
dekbr 1937-ci il, protokol 37)
Qərar
"Bakinski raboçi" qəzetində verilmiş
portretlərə Azərbaycan K(b)P Nərimanov rayon komitəsinin
münasibəti barədə
Qəzet
səhifələrində
ifşa edilmiş
düşmən
ünsür Tevodoros Mirzabekyanın
atasının
şərəfli qocaman
kolxozçu kimi
portretini və digərlərinin
portretini dərc
etmiş "Bakinski raboçi"
qəzetinin redaksiyası
məzəmmət
edilsin, respublika, şəhər
və rayon qəzetləri
redaktorlarına bir
vəzifə olaraq
tapşırılsın
ki, "Bakinski raboçi"nin
səhvini öz
fəaliyyətlərində
nəzərə
alsınlar.
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov.
17 dekabr 1937-ci il."
... On altı ildən sonra,
1953-cü ildə dünya daşnaklarının Kremldəki
lideri Anastas Mikoyan Lavrenti Beriyanın Moskvada qətlini təşkil
etdikdən sonra M.C.Bağırovun Bakıdan Samaraya
sürgün olunmasına nail olmuş, beləliklə,
Mirzabekyanlar barədə "Bakinski raboçi" qəzetinin
səhvi qüvvəyə minmişdir. Üç il sonra,
1956-cı il aprel ayının 26-da SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının təsdiq etdiyi ittihamnamədə
müttəhim M.C.Bağırov nədə təqsirləndirilir?
Daşnakları cəzalandırdığına görə.
Daşnakların "və
başqaları" arasında 1938-ci ildə 60 yaşlı
Sov. İKP üzvləri Avanesov Budaq Arustamov, Azaryan
Alış Karapetoviç, 62 yaşlı Petrosyan Voskan
Tsaturoviç, 58 yaşlı Danilyan Hacı Martirosoviç,
69 yaşlı Çeliyan Muxan Xosroviç və Qabrielyan
(Manvelyan) Avanes Aleksandroviç, 63 yaşlı Ter-Quqasyan
Ter-Sarkis Qolustoviç, 60 yaşlı Antonyan Arsen
Martirosoviç, 67 yaşlı Ohanov Voskan Əmiroviç, 55
yaşlı Şahnazarov Andrey Sarkisoviç, 67 yaşlı
Aramyan David Abramoviç, 55 yaşlı Voskanyan Sərkis
Naqapetoviç, 59 yaşlı Qalustyan Nikolay
Xaçaturoviç, 52 yaşlı Süleymanyan Ayrapet Arutyunoviç
və Tevosyan Mixail Ayrapetoviç, 69 yaşlı Manvelyan Sərkis
Ağacanoviç, 60 yaşlı Tavakalyan Voskan Mirzayeviç,
73 yaşlı Myasnikyan Ananiy İvanoviç, 75 yaşlı
Mnaçakanyan Avatis Stepanoviç və s. vardır.
Sual olunur: "Sov. İKP
üzvü" olan altmış-yetmiş yaşlı ermənilər,
görəsən, 1918-1920-ci illərdə hansı
partiyanın üzvləri olmuşlar? 1938-ci ildə "Sov.
İKP üzvləri" 1920-ci ildə otuz yaşında ikən
Azərbaycanda hansı siyasi cərəyanın
iştirakçıları idilər? Azərbaycan Xalq
Cümhuriyyəti dövründə - 1920-ci il fevralın 11-də
gizli keçirilmiş Azərbaycan K(b)P birinci
qurultayının nümayəndələrinin
siyahısına diqqət yetirin:
Avanesov İvan (Tevan) Akopoviç -
Təvəllüdü 1890, fəhlədir, Bakı şəhəri,
partiya mənsubiyyəti göstərilməyib.
Ağamirov Suren Xristoforoviç - Təvəllüdü
1897, qulluqçudur, Bakı şəhəri, partiya mənsubiyyət
göstərilməmişdir.
Kasparov Nikolay Tevosoviç - Təvəllüdü
1880, fəhlədir, Bakı şəhəri, Bakı
limanı təşkilatı.
Mirzoyan Artyom Qriqoryeviç - Təvəllüdü
1890, fəhlədir, RK(b)P-nın üzvü, Bakı şəhəri.
(ardı var)
Teyyub Qurban
Ekspress.-2011.-19-28
mart.-S.15.