Novruz bayramı müxtəlif
ölkələrdə qeyd olunub
Türkiyə
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı TÜRKSOY-un təşkilatçılığı
ilə Türkiyədə Novruz şənlikləri
keçirilib. Şənliklərdə Azərbaycan, Türkmənistan,
Qazaxıstan, Qırğızıstan və Rusiya
Federasiyasının Tatarıstan Muxtar Respublikasından gəlmiş
folklor qrupları iştirak ediblər.
Ankarada ilk Novruz şənliyi
Keçiörən rayonunda keçirilib. Rayon bələdiyyəsinin
sədri Mustafa Ak və TÜRKSOY-un baş katibi Düsen
Kaseinov Novruzun bütün türk dünyasının bayramı
olduğunu, bu şənliklərin türkdilli xalqların həmrəyliyinə
xidmət etdiyini bildiriblər. Şənlikdə Novruz
tonqalı qalanıb, folklor qruplarının konserti olub.
Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi və TÜRKSOY-un ənənəvi Novruz
şənliyi isə Ankaranın “Gənclik” parkında
keçirilib. Türkiyənin mədəniyyyət və
turizm naziri Ərtoğrul Günay, Azərbaycanın
Ankaradakı səfiri Faiq Bağırov, türkdilli ölkələrin
səfirləri və TÜRSOY-un baş katibi Düsen Kaseinov
türk dünyasının birliyinin simvolu olan “dəmir
döyülməsi” mərasimində iştirak ediblər. Bayram
tədbirləri çərçivəsində Ankaradakı
Qazi Universitetində “Novruz - türk dünyasının
bayramı” mövzusunda konfrans keçirilib. Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan da türk
dünyası xalqlarını Novruz bayramı münasibətilə
təbrik edib.
* * *
Azərbaycanın Türkiyədəki
səfirliyində də Novruz bayramı münasibətilə
ziyafət təşkil olunub. Tədbirdə Türkiyə
Prezident administrasiyasının baş katibi Mustafa İsen,
Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin
rəhbərləri, xarici işlər və mədəniyyət
nazirlərinin müavinləri, parlament üzvləri, diaspor təmsilçiləri
iştirak ediblər. Milli rəqslərimiz tədbir
iştirakçıları tərəfindən böyük rəğbətlə
qarşılanıb.
İtaliya
Azərbaycanın İtaliyadakı
səfirliyi Novruz bayramı münasibətilə Milanda ziyafət
təşkil edib. “Milan Marriott” mehmanxanasında
keçirilmiş ziyafətdə 150-dək qonaq iştirak
edib. Azərbaycanın İtaliyadakı səfiri Vaqif
Sadıqov qonaqları salamlayaraq, Novruzun xalqımızın ən
qədim ənənəvi bayramlarından olduğunu qeyd edib,
onun adət-ənənələrindən danışıb.
Qonaqlara maraqlı konsert proqramı da təqdim edilib. Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə muğam üçlüyü və
rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və
milli rəqslərindən
nümunələr göstəriblər.
Ziyafətdə Azərbaycana dair
qısametrajlı film göstərilib,
ölkəmiz haqqında
çap materialları
qonaqlara təqdim edilib.
Gürcüstan
Tbilisidəki M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Muzeyinin təşkilatçılığı
ilə Novruz bayramı münasibətilə
şənlik keçirilib.
Azərbaycan və gürcü
ictimaiyyətinin, Gürcüstan
dövlət və hökumət nümayəndələrinin
iştirakı ilə
baş tutan tədbirdə muzeyin direktoru Leyla Əliyeva Gürcüstanda
Novruzun ümumxalq bayramı kimi keçirilməsinə görə
bu ölkənin rəhbərliyinə təşəkkür
edib. Şənlikdə çıxış edən azərbaycanlı və gürcü natiqlər Novruz bayramının tarixindən,
iki xalqın dostluğunun əbədiliyindən,
bu gözəl münasibətləri daha
da inkişaf etdirərək gələcək
nəsillərə ötürməyin
zəruriliyindən danışıblar.
İncəsənət ustaları Azərbaycan
və gürcü mahnılarını ifa ediblər.
Özbəkistan
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzində
böyük Novruz şənliyi keçirilib.
Şənliyə toplaşanları
Azərbaycanın Özbəkistandakı
səfiri Namiq Abbasov salamlayaraq ötən il
ölkəmizin təşəbbüsü
və digər ölkələrin dəstəyi
ilə Novruzun (21 mart)
BMT-nin Baş Məclisi tərəfindən
beynəlxalq bayram kimi tanındığını
nəzərə çatdırıb.
Mərasimdə “Qarabağ” ansamblının
solisti Yusif Əliyev, həmçinin
Rəna Əzizova, Zeynəb Kərimova, “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri
muğam, xalq mahnıları və rəqslərimizi ifa ediblər. Səmərqənd və Sırdərya
vilayətlərindən gələn
Azərbaycan ansambllarının
üzvləri Əlisahib
Qəmbərov, İnarə
Məmmədova və
başqaları çıxış
ediblər.
* * *
Daşkənddəki
milli mədəniyyət
mərkəzləri Babur
adına bağda böyük bayram şənliyi keçiriblər. Azərbaycan Mədəniyyət
Mərkəzinin təşkil
etdiyi guşəyə
gələnlər şəkərbura,
paxlava, qoğal və digər şirniyyatlarımızdan dadıblar.
“Azəri qızları”
rəqs ansamblının
üzvləri mahnı
və rəqslərimizi
ifa ediblər.
Səudiyyə Ərəbistanı
Martın 24-də türkdilli ölkələrin təşkilatçılığı
ilə Türkiyənin
Ər-Riyaddakı səfirliyinin
ərazisində Novruz
bayramına həsr olunmuş şənlik keçirilib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı
səfirliyindən bildiriblər
ki, Novruz şənliyində təşkilatçı
ölkələrin diaspor
nümayəndələri, yerli ictimaiyyətin, diplomatik korpusun əməkdaşları iştirak
ediblər. Bayram şənliyində
səfirliyimizin Azərbaycanın
milli geyimləri, milli ornamentlə işlənmiş suvenirlər,
Novruz atributlarını
özündə əks
etdirən xörəklər,
şirniyyatlar və əl işləri ilə iştirakı qonaqların xüsusi marağına səbəb
olub. Azərbaycan səfirliyinin əməkdaşları
qonaqlara ölkəmizdə
Novruz bayramının
qeyd edilməsi, tarixi, onun atributlarının
məna çalarları
haqqında geniş məlumat veriblər.
Amerika
Vaşinqtondakı Azərbaycan Ticarət
və Mədəniyyət
Mərkəzi Merilend ştatının Rokvill şəhərində yerləşən
“Qlenvyu” Mədəniyyət
Evində Novruz bayramı münasibəti
ilə şənlik keçirib. Soydaşlarımız
Vətəndən uzaqda
yaşasalar da, Azərbaycan xalqının
əziz bahar bayramını şəkərbura,
paxlava və s. nemətlərimizlə bəzədilmiş
xonçalar, bayram tonqalı ilə qarşılayıblar. Novruz bayramı
şənliyində ABŞ-ın “İpək Yolu" Rəqs Ansamblı qonaqlar qarşısında Azərbaycan
milli rəqsləri ilə çıxış
edib. İmamyar Həsənov isə
kamançada Azərbaycan
xalq və bəstəkar musiqi nömrələri ifa edərək qonaqları sevindirib. Azərbaycanın ABŞ-dakı səfiri
Yaşar Əliyev həmvətənlərimizə Azərbaycan hökuməti
adından Novruz təbriklərini çatdırıb.
Almaniya
Almaniyada akkreditə olunmuş
8 ölkənin (Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
İran, Tacikistan, Türkiyə, Türkmənistan
və Əfqanıstan)
səfirliyinin birgə
təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib. Martın 24-də Berlindəki “Maritim” otelində keçirilən
tədbirə Almaniya Bundestaqının, dövlət
və qeyri-hökumət
təşkilatlarının, elm və mədəniyyət
dairələrinin təmsilçiləri,
diaspor nümayəndələrindən
ibarət 1000-dən çox
iştirakçı qatılıb.
Təşkilatçı ölkələrin incəsənət ustaları
növbə ilə maraqlı çıxışlar
ediblər. Fikrət
Əmirov adına
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblı rəqs qrupunun məharətli çıxışı
çoxsaylı tamaşaçıların
sürəkli alqışları
ilə qarşılanıb.
İsveç
Stokholm şəhər kitabxanasında
beynəlxalq Novruz bayramına həsr edilmiş sərgi açılıb. İsveçdə fəaliyyət göstərən
“Birlik” azərbaycanlılar
təşkilatının dəstəyi
ilə açılan
sərgidə soydaşlarımızın
Bahar bayramına həsr edilmiş rəsmləri və əl işləri nümayiş etdirilib.
Yerli ictimaiyyəti Azərbaycan mədəniyyəti
ilə
Şimali Kipr
Şimali Kipr Türk
Cümhuriyyəti Doğu
Akdeniz Universitetində
Azərbaycanlı Tələbə
Cəmiyyətinin təşkilatçılığı
ilə Novruz bayramı təntənəli
şəkildə qeyd
olunub. Tədbirə Şimali Kipr
Tükr Cümhuriyyətinin
dövlət numayəndələri,
rektorluq və xarici tələbələr
də qatılıb.
Şənlikdə Azərbaycanın
tanınmış incəsənət
xadimi Cahangir Novruzov, estrada
müğənniləri Sevda
Ələkbərzadə və
Cəmalə Əliyeva
iştirak ediblər. Azərbaycan rəqsləri tədbirə
əlavə rəng qatıb. Tədbir zamanı qonaqlara
Azərbaycan milli mətbəxinin yeməklərindən
və şirniyyatlarından
təqdim olunub.
Mədəniyyət.-
2011.- 30 mart.- S. 15.