Kürdəmir: kənddə
kitab bayramı
Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə ulu
öndər Heydər Əliyevin anadan olmasının
ildönümü münasibətilə respublikamızın
bütün bölgələrində ənənəvi “Kitab
bayramı” keçirilir.
Kürdəmir rayonunda da “kitab bayram”ları
iştirakçıların fəallığı və ruh
yüksəkliyi ilə diqqəti cəlb edir. Ulu öndərin
anadan olmasının 88-ci ildönümünə həsr
edilmiş bu tədbirlər rayonun bir sıra kənd və qəsəbələrində
düzənlənəcək. Bu səpkili ilk tədbir aprelin
29-da rayon mərkəzindən 40 km məsafədə yerləşən
Carlı kəndində keçirildi. Kürdəmir Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə baş tutan tədbirdə iştirakçılar yeni
çap olunmuş ədəbiyyatların sərgisi ilə
tanış oldu, ulu öndərə həsr edilmiş
kitabların sərgisinə tamaşa etdi.
Tədbiri giriş sözü ilə
mədəniyyət və turizm şöbəsinin müdiri
Vaqif Alıyev açaraq “Kitab bayramı”nın əhəmiyyətindən
danışdı. Məktəblilər böyük lider Heydər
Əliyevə, Vətənə, kitaba həsr olunmuş
şeirlər söylədilər. Tədbirdə YAP Kürdəmir
rayon təşkilatının sədri Ağəli Kərimli,
ziyalılardan G.Eyvazov və başqaları
çıxış edərək ulu öndər Heydər Əliyev
irsinin tarixi əhəmiyyətindən bəhs etdilər. Prezident
İlham Əliyevin son illərdə mədəniyyətimizə
və incəsənətimizə böyük qayğı və
diqqət göstərdiyi vurğulandı.
May ayının 10-dək rayonun
Şilyan, Yenikənd, Dayıkazımlı kəndlərində
və Qarabucaq qəsəbəsində də kitab bayramları
keçiriləcək. Tədbirlərə rayon mərkəzində
keçiriləcək “Kitab bayramı” ilə yekun vurulacaq.
Mədəniyyət.-
2011.- 4 may.- S. 15.