Salyanda mədəniyyət evləri
və klubların baxış müsabiqəsi
Salyan rayonunda fəaliyyət göstərən 15 kənd
mədəniyyət evinin, 23 kənd klubunun və 5 şəhər
klubunun qatıldığı III Ümumrayon baxış
müsabiqəsinin ilk turu Sarvan kənd mədəniyyət
evində keçirildi.
15 İyun - Milli Qurtuluş
Gününə həsr olunmuş müsabiqənin ilk mərhələsində
8 mədəniyyət müəssisəsində fəaliyyət
göstərən bədii özfəaliyyət kollektivləri
çıxış etdi. 116 həvəskar
ifaçının qatıldığı müsabiqənin
açılışında münsiflər heyəti üzvlərindən
Sarvan kənd Mədəniyyət evinin müdiri Cahangir
Qaraşov, rayon Mədəniyyət evinin müdiri Əlizadə
Əliyev çıxış edərək
iştirakçılara uğurlar dilədilər. İştirakçılar
dövlətçilik, vətənpərvərlik
mövzularında mahnı və şeirlərlə
çıxış etdilər, rəsm əsərləri,
kiçik səhnəciklər təqdim olundu.
116 nəfər həvəskardan 32
nəfəri II tura vəsiqə qazandı.
Ümumilikdə baxış
müsabiqəsində 984 nəfər həvəskarın
iştirak edəcəyi gözlənilir. Məqsəd rayonun kəndlərində
mahnıya, şeirə, rəsmə, aktyorluq sənətinə
həvəsi olan insanları üzə çıxarıb
ictimaiyyətə tanıtmaq, onların istedadını
geniş kütləyə nümayiş etdirməkdir. Növbəti
mərhələ Çuxanlı kənd Mədəniyyət
evində olacaq, burada da 132 nəfər istedadlılar
münsiflər heyəti qarşısında öz
istedadını göstərəcək.
Tədbirə 15 iyun Milli
Qurtuluş Günü qaliblərin geniş konsert proqramı
ilə yekun vurulacaq.
Lətif
Zərbəliyev,
Salyan Rayon Mədəniyyət və
Turizm
Şöbəsinin inspektoru
Mədəniyyət.-
2011.- 4 may.- S. 15.