Beynəlxalq Muğam Mərkəzində “Sazın
Neməti“
Yeniyetmə
ifaçılar maraqlı konsert proqramı ilə
çıxış etdilər
Aprelin
29-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi və Niyazi adına 22 saylı
Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı
ilə “Sazın Neməti” adlı konsert proqramı
keçirildi.
Konsert proqramında AMEA-nın
Folklor İnstitutunun elmi işçisi, beynəlxalq müsabiqələr
laureatı, Əməkdar mədəniyyət işçisi
Nemət Qasımov və onun yetirmələri
çıxış etdilər.
Proqramı 22 saylı musiqi məktəbinin
direktoru, Əməkdar müəllim Natiq Vəliyev
açdı. Sonra sözü məktəbin müəllimi,
beynəlxalq müsabiqələr laureatı Nemət
Qasımova verdi. O, milli mədəniyyətimizin incilərindən
hesab edilən aşıq sənətinin UNESCO tərəfindən
Bəşəriyyətin qeyri-maddi mədəni irs
siyahısına daxil edildiyini, bu ulu sənəti yaşatmaq və
təbliğ etmək üçün geniş işlər
görüldüyünü dedi. Musiqi məktəbindəki
yetirmələrinin istedad və bacarığından söz
açan N.Qasımov onların gələcəyin
tanınmış saz-söz ustaları olacaqlarına
ümidvar olduğunu bildirdi.
Sonra söz qonaqlara verildi. Akademik Bəkir
Nəbiyev, millət vəkili Qənirə Paşayeva,
yazıçı Mövlud Süleymanlı, şair İlyas
Tapdıq, aşıq İsfəndiyar, şairə Məlahət
Yusifqızı və başqaları çıxış
etdilər. Kollektiv haqqında dəyərli fikirlər söylədilər.
Çıxışlardan sonra səhnəyə
yeniyetmə saz ifaçıları dəvət olundu. Məktəbin
yetirmələrindən Elvin Mehmanlı (“Baş sarıtel”),
Nübar Etibarqızı (“Yanıq Kərəm”), Nicat Qurbanov
(“Osmanlı divanisi”), Samir Pənahov (“Dilqəmi”), İbrahim Cəfərov
(“Naxçıvani“), Vüqar Məmmədov (“Koroğlu cəngisi”),
Xatirə Gülməmmədli (“Qaraçı”) və
başqalarının maraqlı çıxışları
alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 201.- 4 may.- S.
11.