Kinooperator Əsgər İsmayılovun xatirəsi yad edildi

 

   Aprelin 29-da Dövlət Film Fondunda tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılovun xatirəsinə həsr olunmuş tədbir gecəsi keçirildi. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın kino fəaliyyətindən söz açdı, Əsgər İsmayılova həsr olunmuş videoçarx tamaşaçılara təqdim edildi. Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə kinooperator Əsgər İsmayılov haqqında geniş məlumat verdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmov, Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, Əsgər İsmayılovun qızı Dilarə Qanbay və başqaları çıxış etdilər.

   Tədbir iştirakçıları sənətkarın ömür yolunu əks etdirən fotosərgi ilə də tanış oldular.  

 

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 4 may.- S. 11.