Qəbələnin xalq kollektivləri

 

   Qəbələ Rayon Mədəniyyət Turizm Şöbəsi müxtəlif mövzuları və sahələri əhatə edən mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə yanaşı, folklor teatr sahəsi üzrə də ardıcıl işlər həyata keçirir. Rayon Mədəniyyət Evində fəaliyyət göstərən C.Məmmədquluzadə adına Xalq Teatrı Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən “Zopu-zopuetnoqrafik folklor rəqs ansamblı rayon ümumrespublika tədbirlərinin, müsabiqə və festivalların fəal iştirakçılarıdır.

   C.Məmmədquluzadə adına Xalq Teatrının əsası istedadlı rejissor aktyor Şirin Abdullayevin səyi ilə 1960-cı ildə qoyulub. 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə kollektivxalq teatrı” adını alıb və ona C.Məmmədquluzadənin adı verilib.

   Teatrda C.Cabbarlının “1905-ci ildə”, “Yaşar”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Aydın”, “Almaz”, S.RəhmanınToy”, H.Cavidinİblis”, V.ŞekspirinHamlet”, C.MəmmədquluzadəninÖlülər” və s. pyeslər səhnə təcəssümünü tapıb. Tamaşalarda Kamal Osmanlı, Sirac Gəncimov, Əhməd Bəkirov, Təmi Hacıyev, Tamara Cəfərova, Əmrah Səlimov, Eldəniz Manafov, Əsmayə Osmanova, Firuzə Mikayılova kimi istedadlı aktyorlar çıxış ediblər.

   C.Məmmədquluzadə adına Xalq Teatrı bu gün əzmlə işləyir. Rejissor F.Sərkərovun səyi ilə teatrda son dövrlərdə İ.B.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım”, A.QuliyevinQoz əhvalatı”, A.KuprininOlesya”, K.NemətinTəzə xadimə” pyesləri səhnəyə qoyulub. Teatr 2009-cu ildə Şəkidə keçirilən ümumrespublika xalq teatrlarının baxış festivalında çıxış edib. Hazırda teatrın 12 üzvü var. Kollektiv F.Mustafanın “Sənə sözüm varpyesini tamaşaya hazırlayır.

   Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən “Zopu-zopuetnoqrafik folklor rəqs ansamblı xalq oyunlarını, deyimlərini, musiqisini fəal təbliğ edir. 1980-ci ildə yaradılan ansambla 1989-cu ildəxalq kollektiviadı verilib. Ansambl ötən illərdə bir sıra müsabiqəfestivallarda iştirak edib. 1988-ci ildə “Gülüstanfolklor teatrının tərkibində Fransanın Manquem, Konfalan Lion şəhərlərində keçirilmiş ümumdünya folklor festivalında bürünc medala layiq görülüb.

   Hazırda ansamblın 12 üzvü var. Rayonda keçirilən mədəni tədbirlərin, son iki ildə Bakıda keçirilən ümumrespublikaNovruzbayramı tədbirlərində ansambl uğurla çıxış edir yüksək fəallıq göstərir.

  

 

   Anar Rüstəmli,       

   Qəbələ Rayon Mədəniyyət

    Turizm Şöbəsinin inspektoru

 

   Mədəniyyət.- 2011.- 4 may.- S.15.