Azərbaycan Daşkənddə
milli mətbəx festivalında iştirak edib
Daşkənddə Özbəkistan
Xarici İşlər Nazirliyinin Qəbullar Evində IX milli mətbəx
xeyriyyə festivalı keçirilib. Festivalda Özbəkistanda
fəaliyyət göstərən səfirliklər öz milli
ekspozisiyaları ilə iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfirliyinin hazırladığı ekspozisiyada respublikamızın Dövlət bayrağı, gerbi, xəritəsi, müstəqillik illərində ölkəmizin sosial-iqtisadi uğurlarını əks etdirən stendlər və milli sənətlərimiz nümayiş etdirilib. Ekspozisiyada Azərbaycan paytaxtının müasir görüntülərini əks etdirən bannerlər, əl işi olan xalçalarımız, mis qazan, səhəng və məcməyilər, xalq-tətbiqi sənətinin digər nümunələri iştirakçılarda böyük maraq doğurub. Qonaqların diqqətinə Azərbaycanın xalq-tətbiqi sənəti ənənələri, xalq mahnıları, tarixi və mədəniyyətinə həsr olunmuş ədəbiyyat, ölkəmizin turizm bölgələrini əks etdirən açıqcalar təqdim edilib. Azərbaycan mətbəxi, o cümlədən Stalik Xankişiyevin Azərbaycan milli mətbəxindən bəhs edən, rus dilində nəşr olunmuş “Kazan, baran i dastarxan” kitabı da qonaqlarda maraq doğurub. Milli geyimli oğlan və qızlar iştirakçılara Azərbaycanın milli yemək və şirniyyatlarını təqdim ediblər.
Azərbaycanın
Əməkdar artisti Kövkəb
Əliyevanın rəhbərliyi ilə
“Azərbaycan qızları” ansamblının üzvləri
mahnı və rəqslərimizi ifa ediblər.
Festivaldan əldə edilən gəlir
Daşkəndin uşaq evlərinin
hesabına köçürülüb.
Mədəniyyət.-
2011.-4 may.-S. 15.