ATİ-nin əməkdaşları Şimali
Kiprdə “Turizm həftəsi”
və seminar-təlimdə iştirak
ediblər
Aprelin 18-21-də Şimali Kiprin
Doğu Akdeniz Universitetində “Turizm həftəsi”
keçirilib. Azərbaycan Turizm İnstitutunun əməkdaşları
Azər Nəsirov və Flora Ələsgərova tədbirdə
iştirak ediblər. Onlar universitetdə təhsil alan azərbaycanlı
tələbələr tərəfindən hazırlanan və
ölkəmizin mədəniyyəti, turizmi, həmçinin
Qarabağla bağlı məlumatları əks etdirən
stendlə tanış olublar. Həftəlik çərçivəsində
ATİ-nin əməkdaşları bir sıra
görüşlər keçiriblər. Doğu Akdeniz
Universitetinin rektoru professor Abdulla Y. Öztoprakla
görüşdə ikitərəfli tələbə
mübadiləsi və müəllimlər üçün
seminarların təşkili məsələləri müzakirə
edilib.
ATİ əməkdaşlarının
Şimali Kiprə daha bir səfəri aprelin 25-dən 29-dək
bu ölkənin Mülki Müdafiə Təşkilatının
dəvətinə əsasən baş tutub. İnstitutun
“Ameast” dağçılıq klubunun üzvləri və
rektorun köməkçisi V.Xəlilovdan ibarət nümayəndə
heyəti Şimali Kiprdə II mülki müdafiə Beynəlxalq
universitetlərarası axtarış-xilasetmə seminar-təlimində
iştirak edib. Seminar-təlimə yerli universitetlərlə
yanaşı, 13 xarici ölkədən 20 universitetin elm
adamları və axtarma-xilasetmə klublarının üzvləri
olan tələbələrdən ibarət 75 xarici
iştirakçı qatılıb. Tədbirin sonunda
ATİ-nin nümayəndə heyətinin üzvlərinə
sertifikatlar təqdim olunub.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 4 may.- S. 6.