“Sirli səslər məkanı
Azərbaycan”
“İRS” jurnalı ispan dilində işıq üzü
görüb
“İRS” jurnalının Argentinada
nəşr edilmiş ispandilli “İRS Herencia”
versiyasının “Sirli səslər məkanı Azərbaycan”
adlı ilk nömrəsinin təqdimatı olub. Mərasim
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən
ölkəmizin müstəqilliyinin 20-ci ildönümü
münasibətilə təşkil etdiyi silsilə tədbirlər
və Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində
keçirilib.
Mərasimdə
çıxış edən ölkəmizin Argentinadakı səfiri
Məmməd Əhmədzadə Azərbaycanın ilk dəfə
dünyanın ən iri nəşriyyat və mədəniyyət
tədbirlərindən olan Buenos-Ayres Beynəlxalq Kitab
Yarmarkasında iştirak etdiyini qeyd edərək
vurğulayıb ki, bu günlər ərzində Azərbaycan
stendi ilə minlərlə ziyarətçi tanış olub.
Bu tanışlığın
davamı olaraq Azərbaycan həqiqətlərinin dünyada təbliğində
böyük xidmətləri olmuş “İRS” jurnalının
Argentinada ispan dilində “İRS Herencia” adı ilə nəşrinə
başlandığını deyən səfir jurnalın
ispandilli ölkələrdə Azərbaycan həqiqətlərinin,
tarix və mədəniyyətimizin təbliğinə
yardımçı olacağını bildirib.
Argentinanın Milli Elmi Texniki
Araşdırmalar Mərkəzinin (CONİCET) tədqiqatçısı
və Buenos-Ayres Universitetinin müəllimi, mədəniyyətlərarası
dialoq üzrə ekspert Veronika Gimenez Belivaou 2009-cu ildə Azərbaycana
səfəri ilə bağlı təəssüratlarını
bölüşərək azərbaycanlıların qonaqpərvər
və zəngin ənənələri ilə fəxr edən
xalq olduğunu qeyd edib.
Sonda “İRS Herencia”
jurnalının baş redaktoru Musa Mərcanlı
çıxış edərək jurnalın fəaliyyəti
barədə danışıb.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 6 may.- S. 9.