Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinə
yekun vurulub
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən uşaq xor kollektivlərinin VII
Respublika müsabiqəsi başa çatıb.
Nazirliyin Elm və təhsil
şöbəsindən verilən məlumata görə,
müsabiqəyə Azərbaycanın bütün bölgələrindən
uşaq xor kollektivləri qatılıb. Zonalar üzrə
Bakı, Gəncə, Lənkəran, Mingəçevir,
Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində
və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə
respublikanın şəhər və rayonlarından 200-dən
çox xor kollektivi, 10 mindən artıq şagird iştirak
edib.
Xor musiqisi mədəniyyətinin
qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq
musiqi və incəsənət məktəblərində xor fənninin
tədris səviyyəsinin yüksəldilməsi, xormeysterlərin
yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi
və həvəsləndirilməsi məqsədilə
keçirilən müsabiqənin yekununda münsiflər heyətinin
qərarına əsasən, Bakı şəhər Ş.Ələkbərova
adına 20 nömrəli Uşaq Musiqi Məktəbi və həmin
məktəbin xormeysteri Tatyana Nikolayevna Qran Pri mükafatı
ilə təltif olunublar. Bakı şəhər C.Hacıyev
adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi
Məhin Orucova, Bakı şəhər Q.Qarayev adına 8
nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi
Zemfira Nurullayeva I mükafata, Bakı şəhər
C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi
və Bakı şəhər Q.Qarayev adına 8 nömrəli
Onbirillik Musiqi Məktəbi I dərəcəli diploma layiq
görülüblər.
Bundan əlavə, 7 xormeyster II və
III dərəcəli mükafat, 7 məktəb II və III dərəcəli
diplom alıb. 20 xormeyster və 10 konsertmeyster fəxri fərmana,
müsabiqədə uğurla çıxış etmiş 6
xor kollektivinin rəhbəri isə həvəsləndirici
mükafata layiq görülüblər.
Ceyhun
Mədəniyyət.-
2011.- 6 may. – S. 5.